Əlaqə Arxiv
news Image
2020.04.14
08:40
| A A A
Marginallar köhnə şakərlərindən əl çəkə bilmirlər
Radikalların “dınqıltısını” özlərindən başqa heç kim eşitmir

 

Bütün dünya ayaqdadır. Hamı “COVİD-19” bəlasına qarşı mübarizəyə səfərbər olub. Deyir, elnən gələn dərd-bəla toy-bayramdır. Bunu ona görə deyirlər ki, ümumi düşmənə qarşı, indiki şəraitdə cəmiyyətin bütün üzvləri birləşəndə, onda hər bir çətinliyi uğurla dəf etmək olar. Ancaq yer kürəsini caynağına keçirmiş koronavirusa qarşı bütün dövlətlərin həmrəylik göstərdiyi bir vaxtda radikallar əks mənada fəallaşıblar. Yox, elə düşünməyin ki, bunlar da bir işin qulpundan yapışıb xalqa dəstək olur, virusun tezliklıə məhv edilməsi üçün çalışırlar. Əksinə, radikallar virusun daha da yayılması və özlərinin arzu etdikləri dövlətin zəifləyib gücdən düşməsini istəyirlər. Ölkəmizdəki və xaricdəki marginal qüvvələr çirkin kampaniyalarından yenə də əl çəkmirlər. Düzdür, hər zaman yalan və böhtan yağdıranlardan bəziləri fakt qarşısında səslərini çıxara bilmir, hətta etiraf edirlər ki, Azərbaycanın koronavirusla mübarizədə uğurları var. Amma bütövlükdə bu dönüklərin birgə platforması ondan ibarətdir ki, dövlətmizin bütün etdikləri səhvdir.

İdarəetmə strukturunun bütün bölmələri bu günlər gərgin çalışır. Əhalinin sosial problemlərin həlli, tibbi xidmət diqqət mərkəzindədir. Sosial yardıma ehtiyacı olan vətəndaşlar müəyyənləşdirilir, onlara təcili yardım göstərilir, ictimai fəallar qan verir, ağır vəziyyətdə olanlara dövlət və hətta ictimaiyyətin imkanlı nümayəndələri fərdi köməklik göstərirlər. Amma ağız dolusu utanmadan boş-boş danışanlar isə nəinki bir işin qulpundan yapışır, hətta yapışanlara da istehza edirlər. Bunlar evlərində yeyib-içib sosial şəbəkələrdə “qəhrəmanlıq” edirlər. Qəhrəmanlıqları da görülən işləri qara rəngə boyamaqdan ibarətdir.

Azərbaycan hökuməti infeksiyanın ölkə ərazisində geniş yayılmasının qarşısının alınması, vətəndaşlarının sağlamlığının qorunması, onlara zərər vuran bu vəziyyətin yumşaldılması üçün səmərəli tədbirlər görür. Pandemiya ilə bağlı görülən işlər Prezident İlham Əliyevin xüsusi nəzarəti olmaqla, bir çox dünya dövlətləri üçün bir örnəkdir, xalqın sağlamlığına olan diqqət və qayğının bariz nümunəsidir. Belə ki, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə dövlət büdcəsindən 1 milyard manat ayrılıb, koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyulan yaşı 65-dən yuxarı olan 176 məhkum əfv olunub, ölkədə tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılır, zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün 97 milyon manat ayrılıb, koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsi məqsədilə 575 çarpayılıq yeni tibbi müəssisə, ölkədə tibbi maskalara tələbatın ödənilməsi üçün bu qoruyucu vasitələri istehsal edən müəssisə qısa müddətdə istifadəyə verilib. Bununla yanaşı, Azərbaycan Respublikası dünya birliyi tərəfindən koronavirus pandemiyasına qarşı aparılan mübarizəni ciddi şəkildə dəstəkləyir və öz dəyərli töhfəsini verir, bu bəladan əziyyət çəkən digər dövlətlərə öz yardım əlini uzadır.

Dildə “beşinci kolon” adlanan, reallıqda isə “allah bilir” hansı şərin quyruğunda getdiyi bilinməyən bir dəstə qollarını çırmalayıb ağzına və ağlına gələn böhtanı yağdırır. Əli Kərimli ayrı vaxt deyir, hökumət işləyə bilmir, xəzinə boşdur, iqtisadi gəlirlər aşağıdır və s. İndi də deyir ki, Azərbaycanın pulu çoxdur, gərək xəzinəni adambaşına bölüb paylasınlar. Əgər bu baş verərsə, pandemiyadan sonra da deyəcəklər ki, xəzinəni dağıtdılar, dövlətin işini ağırlaşdırdılar. Amma bunların nə deməyindən asılı olmayaraq, hökumət nə etdiyini bilir və pandemiya ilə əlaqəli heç bir vətəndaş dövlətin diqqətindən qalmayıd. Ehtiyac olan hər kəsin sosial qayğısı çəkilir. Şər-böhtan isə bu cür xarici qüvvələrin quyruğunda sürünüb pozuculuq salanların özlərinə qalacaq.

N.NOVRUZ

Sizin Reklam Yeriniz