Əlaqə Arxiv
news Image
2020.04.14
14:33
| A A A
Lavrov: "ABŞ-la kosmosla bağlı əməkdaşlığa hazırıq"
"Rusiya və ABŞ strateji sabitlik üzrə əməkdaşlığı bərpa etmək niyyətindədir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, belə təmaslardan birinə nümunə bir müddət əvvəl iki ölkə arasında kosmosla bağlı işçi qrupun yaradılması haqqında razılıqdır: "Bu, bizim ABŞ-la çoxdandır ki, davam edən dialoqun nəticəsidir. Sözsüz ki, kosmos məkanı və onunla bağlı olan hər şey bu problemlərdən biridir". Rusiya XİN başçısı ölkəsinin ABŞ-la kosmosun sülh məqsədləri üçün inkişafı ilə bağlı məsələdə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib: "ABŞ Prezidenti Trampın irəli sürdüyü təşəbbüslər fonunda biz bu cür yanaşmanı müraciət kimi hesab edirik və ümumi qəbul olunan yanaşmaları tapmaq üçün onlarla əməkdaşlıq etməyə hazırıq". Lavrov Moskvanın kosmosa silahlar yeridilməsi ilə bağlı məsələdə Vaşinqtonla müzakirələri davam etdirməyə də hazır olduğunu vurğulayıb.
Sizin Reklam Yeriniz