Əlaqə Arxiv
news Image
2020.04.17
12:33
| A A A
“Qarabağ klanı” ilə Paşinyan iqtidarı arasında savaş şiddətlənir
Məhəmməd Əsədullazadə: “Paşinyan siyasi müstəvidə “Qarabağ klanı” üzərində qalib gəlsə də, onlar arasında mübarizənin ikinci mərhələsi iqtisadi dayaqları ələ keçirmək üstündə gedəcək” Bildiyiniz kimi, martın 31-də, pandemiyanın can almaqda davam etdiyi bir zamanda, Dağlıq Qarabağın qondarma rejimi əhalinin sağlamlığını ciddi təhlükəyə alaraq qondarma "seçkilər" keçirdi. Seçkilərin nəticələrinə görə, heç bir namizəd lazımi qədər səs ala bilmədiyindən qondarma seçkinin ikinci turu keçirildi. Qeyd edək ki,​ Paşinyan hakimiyyətə gələndən Ermənistanda onun komandası ilə "Qarabağ klanı" arasında ziddiyyətlər kəskinləşib. Baş nazirin klanın başında dayanan Robert Köçəryan və bir sıra digər generalları həbs etməsi bu ziddiyyətləri daha da kəskinləşdirib. Onu da vurğulayaq ki, "Qarabağ klanı" hakimiyyətdən salınsa da, onlar hələ də ciddi maliyyə qaynaqlarına sahibdirlər. Digər tərəfdən, orduda da nüfuzlarını saxlamaqdadırlar. Bu fonda Qarabağda keçirilən qondarma seçkilər ərəfəsi iki qüvvə arasında münasibətlər işğal olunmuş ərazilərdə də daha kəskin xarakter almağa başladı. Yəni bir növ onlar arasında savaşın növbəti mərhələsi Dağlıq Qarabağda özünü göstərdi. Hər halda qondarma rejimdə keçirilən qondarma "seçkilərin" nəticələri belə Paşinyanla "Qarabağ klanı" arasında güdən savaşa tam olaraq bir aydınlıq gətirmədi.​ ​ Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistan baş naziri Nikol Paşinyan qondarma rejimdəki qondarma "seçkilər" nəticəsində "Qarabağ klanı" ilə mübarizədə ilk mərhələni öz xeyrinə uğrula başa çatdıra bildi: "Nikol Paşinyanın əsas hədəfindən biri "Qarabağ klanı"nı Ermənistan və Azərbaycanı işğal olunmuş ərazilərində yaradılan qondarma separtçı rejimin rəhbərliyindən uzaqlaşdırmaqdır. İki il bundan əvvəl Paşinyan Ermənistanda bu istəyinə nail oldu. Sonradan isə bu istəyin Dağlıq Qarabağda reallaşdırılması istiqamətində ciddi planlar hazırlayaraq, oradakı Bako Saakyan rejiminə müxalif olan bəzi yerli qüvvələrə stavka etdi. Paşinyan xüsusən də, burada Qərbyönümlü Masis Mailyan və Araik Arutunyanın üzərində dayandı. Hər iki şəxs Paşinyanla müəyyən isti münasibətlər saxlayır. "Qarabağ klanı"nın saxta seçkilərdə əsas namizədi isə Vitali Balasanyan idi.​ Qondarma seçkilər nəticəsində isə Balasanyan ciddi məğlubiyyətə uğradı. Belədə, hazırda Araik Arutunyan, qondarma rejimin keşmiş baş naziri separaçıların rəhbərliyinə gəldi. Bu​ o deməkdir ki, "Qarabağ klanı" buradakı rəhbər mövqeyini də itirdi. Belədə, klan Ermənistanına rdınca qondarma rejimdə də siyasi proseslərdə aktiv rol oynaya bilməyəcək. Nəticədə Paşinyan öz hakimiyyətini möhkəmləndirmək üçün birinci mərhələni uğurla başa çatdırmış oldu. Təbii ki, bu baş verənlər Paşinyanın hakimiyyətini geclənməsinə xidmət edəcək". Həmsöhbətimizin fikrincə, "Qarabağ klanı" yaranmış durumda sosial-iqtisasdi narazılığın güclənməsilə yenidən ortaya çıxa bilər: "Aydın məsələdir ki, klan təmsilçiləri də sakit dayanmayacaq. Çalışacaq ki, Paşinyanın zəif nöqtələrindən istifadə edib ona zərbələr vursun. Onlar müəyyən iqtisadi-sosial narazılıq fonunda yenidən ortaya çıxa bilərlər. Ancaq klanın məşhur üzvü Köçəryan həbsdədir. Serj Sarkisyan da istintaqa çağırılır. Separatçı rejimdə isə Balasanyanla Bako Saakyanın bir müddətdən sonra korrupsiya ittihamı ilə məsuliyyətə cəlb edilməsi də istisna deyil. Bundan sonra siyasi müstəvidə məsələni həll edən Paşinyan çalışacaq ki, "Qarabağ klanı"nı iqtisadi cəhətdən boğsun. Bu müstəvidə də klanın biznes dayaqlarını çökdürməyə çalışacaq. Çünki, biznes imkanları geniş olan klan təmsilçiləri bundan istifadə edərək müəyəyn şəkildə yenidən güclənə bilər. Bütün hallarda iki qrup arasında mübarizənin ikinci mərhələsi iqtisadi dayaqlar uğrunda mübarizədən ibarət olacaq". M. Əsədullazadə hesab edir ki, Rusiya Ermənistan və qondarma rejimdə cərəyan edən bu prosesləri heç də sakit tərzdə izləməklə qalmayacaq: "Qarabağ klanı"nı dəstəkləyən bir sıra yüksək çinli dairələr Moskvada oturublar. Bu qüvvələrdən istifadə edərək Rusiya Paşinyana qarşı yeni təzyiq mexanizmlərini işə sala bilər. Ancaq bütün bunlara baxmayaraq, görünən odur ki, Paşinyan bir müddət iqtidarı öz əlində saxlamaqda davam edəcək. Yalnız Ermənistandakı ağır iqtisadi durum daha da pisləşərsə, verilən vədlər, sosial islahatlar həyata keçməzsə, "Qarabağ klanı" xalqın narazılığından istifadə edib, yenidən ortaya qüvvə qoya bilər. Hər şey Paşinyanın növbəti mərhələdə apardığı siyasətdən asılı olacaq. Bu müddətə qədər isə "Qarabağ klanı"nın revanş götürə bilməsi​ mümkünsüz görünür". ​ Rüfət NADİROĞLU
Sizin Reklam Yeriniz