Əlaqə Arxiv
news Image
2020.04.17
17:03
| A A A
Prezident: "Vaxtında tədbirlər görməsəydik, xəstələrin sayı 20 min, bəlkə, daha çox olardı"

"Son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika müsbətdir. Yəni daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur. Bunun başlıca səbəbi görülmüş tədbirlərdir".

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

"Bir daha demək istəyirəm ki, əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı 1 000 yox, bəlkə, 10 min, 20 min, bəlkə də, daha çox olardı. Biz indi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Bu ölkələrdə səhiyyə sistemi bir çox ölkələr üçün nümunə olub. Amma, demək olar ki, böyük imkanlara malik olan ölkələrin səhiyyə sistemi böhran içindədir. Bu da təbiidir. Çünki xəstəliyin yayılma sürəti o qədər genişdir və o qədər tez yayılır ki, heç bir ölkənin səhiyyə sistemi buna davam gətirə bilməz, o cümlədən Azərbaycanın. Ona görə də bizim əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qarşısını almaq idi. Bu yoluxma zəncirini qırmaq idi. Bütün görülmüş tədbirlər bu məqsədi güdürdü ki, biz az itkilərlə bu vəziyyətdən çıxaq, vətəndaşlara köməklik göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək", - dövlət başçısı əlavə edib. 

Sizin Reklam Yeriniz