Əlaqə Arxiv
news Image
2020.04.21
10:42
| A A A
Azərbaycan yenə ortaya uğurlu model qoydu
Azərbaycan bir çox ölkələr üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran və bu yolda müsbət nəticələr əldə edən uğurlu model yaratmağı bacarıb. Belə ki, vaxtında görülən işlər nəticəsində ölkəmizdə COVİD-19-a tutulanların sayı azdır. Onu qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirusla mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirlər planı insanların müdafiəsi, sağlamlığının qorunması, sosial rifah halı ölkə rəhbərliyi üçün hər şeyin fövqündə dayandığını bir daha təsdiq etdi. Məhz öncəgörənlik, həyata keçirilən çevik və operativ siyasət nəticəsində Azərbaycanda koronavirus pandemiyası elə də geniş vüsət ala bilmədi. Bunun nəticəsidir ki, virusa qarşı mübarizədə ölkəmizdə qısa zamanda çox uğurlu nəticələr əldə edildi. Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Azərbaycan dövlətinin dünyanı əsarəti altına alan koronavirus pandemiyasına qarşı mübarizənin ön cəbhəsində olması vu bu fonda nümunəvi rol oynayan dövlətə çevrildiyi bir həqiqətdir: "Təsadüfi deyil ki, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirildi. O da təsadüfi deyil ki, Azərbaycanın bu istiqamətdə atdığı addımları bir çox dövlətlər də nümunə götürərək tətbiq edir. Bu ilk növbədə ona görə baş verib ki, Azərbaycan dövlət başçısı priventiv, önləyici, ardıcıl, sistemli addımları ilə pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısını ala bildi və onun ziyanının minimuma endirilməsini təmin etdi. Bu da Azərbaycan dövlət başçısının idarəçilik məharəti, böyük təcrübə, idarəçilik mədəniyyəti, xarizmatik lider olması ilə bağlıdır". Deputat qeyd etdi ki, ölkəmizdə virusa qarşı mübarizədə atılan addımlar 3 istiqamətdə olub: "Birinci istiqamət pandemiyanın insanlarımızın sağlamlığına təsirinin qarşısını almaq, onların sağlamlıq və həyatını qorumaq istiqamətidir. İkinci istiqamət insanların sosial müdafiəzinin təmini və gücləndirilməsi məsələsidir. Nəhayət, bütün bu reallıqlar fonunda iqtisadi fəallığın təmini də burada əsasdır. Çox çətin və mürəkkəb vəzifələrdir. Lakin buna baxmayaraq, həmin vəzifələrin öhdəsindən dövlətimiz uğurla gəldi. Pandemiyaya qarşı sağlamlıq, tibb nöqteyi nəzərdən atılan addımlar geniş spektrli addımlardır. Martın 14-dən xüsusi izolyasiya tədbirləri həyata keçirilməyə başlandı. Martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edildi. Martın sonunda karantin rejimi daha da sərtləşdirildi. Arpelin 5-dən isə insanlar və nəqliyyatın hərəkətində ciddi məhdudiyyətlər tətbiq olundu. 20-ə qədər xəstəxana bu xəstəlikdən əziyyət çəkənlərin ixtiyarına verilib. Ölkənin ən öncül xəstəxanası olan "Yeni Klinika" da bu məqsəd üçün ayrılıb. Daha 10 ədəd modul tipli xəstəxanaların tikilməsinə başlanılıb. Bütün bunlarda məqsəd Azərbaycan vətəndaşının sağlamlığını qoruyub saxlamaqdan ibarətdir. Eyni zamanda, sosial müdafiə istiqamətində də ciddi addımlar atılıb və atılır. Xüsusən də sahibkarlıq subyektlərində çalışan 300 min işçinin maaşının ödənilməsini dövlət öz boynuna götürüb. 1 milyona yaxın dövlət sektorunda çalışan və işlərini müvəqqəti dayandıranların da əmək haqqını dövlət ödəmək funksiyasını həyata keçirir. Bundan başqa 200 min işsizə maliyyə dəstəyinin ayrılması planlaşdırılmışdı. Prezident isə söylədi ki, 200 min azdır və belədə 600 min insana 2 ay ərzində birdəfəlik 190 manat həcmində vəsaitin ödənilməsinə başlanılıb. Kommunal və vergi sahəsində də güzəştlər tətbiq olunub. Bütün bunlar üçün ən azından 3,1 milyard manat pul xərclənəcək" E. Nəsirovun fikrincə, bütün bu addımlar ona görə atılır ki, dövlət üçün ən qiymətlisi insanlarımız və onların sağlamlığıdır: "Həmçinin, iqtisadi artımın qorunub saxlanması da əsas hədəflər sırasındadır. Prezidentin rəhbərliyi altında bu yöndə atılan addımlar xalq tərəfindən də yüksək qiymətləndirilir. Bunu hər gün ölkə Prezidentinə ünvanlanan minlərlə məktub təsdiqləyir. Azərbaycan xalqının sağlamlığı, həyatının qorunması, sosial məsələlərin həlli istiqamətində Prezidentin atdığı böyük addımlara minnətdarlıq ifadə edirlər. Bu da onu göstərir ki, Prezident 17 il əvvəl söylədiyi sözün sahibidir. 2003-cü ildə prezident seçkiləri ərəfəsi demişdi ki, dövlət başçısı olacağı təqdirdə hər bir Azərbaycan vətəndaşının prezidenti olacaq. Həqiqətən də Prezidentin sözlə əməli hər zaman üst-üstə düşür. Bu gün ölkəmizdə həmrəylik, xalq hakimiyyət birliyi ən yüksək səviyyədədir". R. SOLTANOV
Sizin Reklam Yeriniz