Əlaqə Arxiv
news Image
2020.04.24
08:00
| A A A
Erməni xalqı yemək arzulayır, hökumət isə ona söz “yedirdir”
Ermənistan hər cəhətdən tükənmiş ölkə statusuna yiyələnib

 

Dünya pandemiyaya qarşı mübarizədədir. Dövlət rəhbərləri bütün resursları cəmləyib əhalini qorumaq üçün tədbirlər görür. Təbii ki, görülən işlər kifayət qədər böyük məbləğdə maliyyə tələb edir. Hətta bunun üçün ciddi dövlət borclarına girənlər də var. Təki, sağlıq olsun, çətin günün ömrü az olar. Amma bu Ermənistan dövləti elə bir acınacaqlı duruma düşüb ki, nə koronavirusa qarşıp normal mübarizə aparmağa maliyyəsi, nə iqtisadi resursları, nə də sabit siyasi hakimiyyəti var. Hətta beynəlxalq maliyyə qurumlarından borc istəmək imkanları da yoxdur. Çünki borcu qaytarmaq potensialı olmayan dölətə hər hansı ağlı başında olan qurum kredit verməz.

Bu arada əhalinin ağzını yummaq üçün Ermənistanın baş naziri Nikol Paşinyan öz ağlına uyğun bir metod seçib. O özünün facebook səhifəsində canlı yayıma çıxır və ona ünvanlanmış sualları cavablandırır. Bu fakt da acınacaqlı vəziyyətə əlavə bir  misaldır. Çünki telekanala çıxanda erməni etikası jurnalistlərə imkan verir ki, hökumətin başçısının çıxışdan əvvəlki hərəkətlərini xəlvəti lentə alıb, sonradan efirə verərək gülüş hədəfinə çevirsin. Haqq üçünə demək lazımdır ki, bu situasiyada Paşinyanın öz günahı daha çoxdur. Çünki bu hökumət başçısı xalqa çörək yedirtmək əvəzinə heç nəyə yaramayan mənasız sözlər yedirdir.

Siyasi texnoloq Vigen Akopyan baş verənlər haqda deyir ki, “baş nazir çətin sınaq dövrü olduğunu anlayır, camaat yemək istəyir”. O qeyd edir ki, iki il idi ki, Paşinyan əhalinin aşağı təbəqələri, hazırkı hakimiyyətdən əlini üzmüşlər haqda danışmırdı. Amma indi nədənsə birdən-birə bu mövzuya maraq göstərir. Əvvəllər baş nazirin eyforik danışığından belə çıxırdı ki, ölkədə narazı adamlar yoxdur, yeganə narazılar “qara” əksinqilabçılardır. İndi isə baş nazirin sözlərindən belə anlaşılır ki, bu təbəqənin əhatə dairəsi xeyli genişlənib. Bu isə cəmiyyət üçün bir yenilikdir, nə baş verib ki, hökumət başçısı ehtiyacı olanların mövcudluğunu dilə gətirib. Bütün bunlar haqda Vigen Akopyan “aysor.am” saytının müxbiri ilə söhbətində danışıb.

Amma Paşinyan köhnə şakərlərindən də əl çəkməyib.  Məsələn, Nikol özünün də çıxdığı şineli, mətbuatı satqınlıqda günahlandırmağa davam edir: “Paşinyan mütəmadi olaraq mətbuata həqarətlər yağdırır, jurnalistləri pul müqabilində ağalarına xidmət etməkdə günahlandırır. Adətən, “ağa” timsalında keçmiş hakimiyyət mənsubları göstərilir. Baş nazirin siyasi gündəliyində daimi günahkar obrazı, onun bütün uğursuzluqlarının səbəbkarları var. Bu müqavimətçilər, Paşinyanın sözlərinə görə, ya qaralar, ya  artıq olmayan keçmiş oliqarxlar, ya dövlət aparatı və həmişə olduğu kimi mətbuatdır. 

Vigen bildirir ki, Paşinyan, hər gün sıraları genişlənən ümidsizliyə qapılanlar haqda danışır. Amma siyasi texnoloqu daha çox hələ ümidsizliyə qapılmayanlar maraqlandırır. “Mənə görə, Paşinyanın əhval-ruhiyyəsində, çox ola bilsin, situasiyanın qiymətləndirilməsi sahəsində müəyyən “transformasiya” baş verib. O duyub ki, onun problemləri təkcə mühafizəkar komanda ilə deyil, həm də başa düşüb ki, ölkə çox çətin sınaq qarşısındadır və bu, epidemiya ilə əlaqədar deyil. Bu real olaraq sosial-iqtisadi problemdir və insanlar ondan yemək tələb edəcəklər. Baş nazir anlamağa başlayıb ki, yaranmış vəziyyətdən yaxşı-pis çıxmaq üçün onun resursları olduqca məhduddur” deyə, V.Akopyan qeyd edir. Siyasi texnoloq bildirir ki, bu və digər təbəqəni təhqir etmək olmaz, hətta , Paşinyanın sözləri ilə deyilsə, həmin təbəqə hakimiyyətə münasibətdə ümidsizliyə qapılıbsa belə.

Ekspertin fikrincə, hökumət başçısının əsəbi çıxışlarında özünümühakimə yoxdur və inamsızlıq aydın hiss olunur. Bu isə ölkədəki digər siyasi qüvvələrin onu asanlıqla tənqid etməsinə şərait yaradır. Bu isə çox təhlükəlidir və siyasi nifrət atmosferi belə məqamda baş qaldırır. Ömrü boyu jurnalistika sahəsində çalışmış şəxsin mətbuatın ünvanına ağzına gələni danışması isə baş nazirin sinir sisteminin boşaldığına dəlalət edir. Bu çox pis haldır və hökumət başçısının şizofreniya xəstəliyinə tutulması fikrini ortaya atır. Ermənistanda belə hadisənin baş verməsi üçün ən münbit şərait mövcuddur.

N.NOVRUZ 

 

 

 

Sizin Reklam Yeriniz