Əlaqə Arxiv
news Image
2020.04.24
15:20
| A A A
Azərbaycanda bu parklar xüsusi mühafizə olunan təbiət əraziləri olacaq

Azərbaycanda geoloji parklar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri siyahısına daxil edilir.

Mövqe.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Ətraf mühitin mühafizəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bundan əlavə, "Ovçuluq haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, geoloji parklarda ovçuluğun həyata keçirilməsi qadağan edilir.

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə, geoloji parkların torpaqları təbii qoruq təyinatlı torpaqlara aid edilir, eyni zamanda geoloji parkların torpaqları xüsusi geoloji, coğrafi, tarixi, estetik dəyərə malik olan torpaq sahələri hesab edilir.

Sizin Reklam Yeriniz