Əlaqə Arxiv
news Image
2020.04.27
16:42
| A A A
Müdafiə diplomatiyasından hücum diplomatiyasına keçməliyik- Deputatdan açıqlama
Müdafiə diplomatiyasından hücum diplomatiyasına keçməliyik

“Biz tarixi və hüquqi faktlardan daha geniş istifadə edərək öz qəti mövqeyimizi hər kəsə çatdırmalıyıq” Müdafiə diplomatiyasından hücum diplomatiyasına keçərək hər kəsə tarixi ədalətin və beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu çatdırmalıyıq”.

Bunu mətbuata açıqlamasında  Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Məzahir Əfəndiyev deyib. Deputat qeyd edib ki, son bir ayda Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə Ermənistan tərəfinin saxtakar və dağıdıcı mövqeyi bir daha isbat olundu. Söhbət ilk növbədə, qondarma “Dağlıq Qarabağ Respublikası” nda keçirilmiş qondarma “prezident seçkiləri”nə beynəlxalq ictimaiyyətin kəskin reaksiyasından gedir: “Beləki başda ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı və Avropa Parlamenti, Qoşulmama Hərəkatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, NATO kimi beynəlxalq təşkilatlar bəyanatlar verərək qondarma “seçkiləri” tanımadıqlarını açıq-aydın şəkildə səsləndirdilər”.

M. Əfəndiyev bildirdi ki, İrəvanın digər bir riyakarlığı keçdiyimiz günlərdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun nümayəndələri ilə videokonfrans formatında keçirilən dəyirmi masada verdiyi açıqlamaya Ermənistan Xarici İşlər nazirinin cavabında özünü görsətdi: “Xatırladım ki, S. Lavrov öz açıqlamasında BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə toxunaraq,Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinə dair planın və təkliflərin fəal şəkildə müzakirə edildiyini qeyd etmiş, bu yöndə ilk addımın Ermənistan tərəfindən Dağlıq Qarabağ ətrafındakı bəzi rayonların azad edilməsi, nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılması olduğunu vurğulamışdı. Bildiyiniz kimi qeyd edilmiş qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunmuş, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Lakin, S. Lavrovun açıqlamasına cavabında Ermənistanın Xarici İşlər naziri münaqişənin mərhələli həllinə dair açıqlamanı təkzib etmişdir. Ermənistan tərəfinin bu növ dağıdıcı açıqlamaları onların vəziyyətinin nəinki beynəlxaq ictimaiyyət, hətta öz əhalisi qarşısında belə gülünc olduğundan xəbər verir. Dünyamızın koronavirus pandemiyası ilə mübarizədə həmrəylik göstərdiyi bir zamanda erməni diplomatiyasının belə qorxaq gedişi onların fürsətçiliyini nümayiş etdirir”.

 M.Əfəndiyev qeyd edib ki, bu vəziyyət  bizdən hücum diplomatiyasına tam güc qoymağımızın çağırışını edir, çünki tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir: “Bu yöndə Cənab Prezident İlham Əliyev dəfələrlə çağırışlar etmiş, özü şəxsən bütün beynəlxalq platformalardan Azərbaycan həqiqətlərini çatdırmışdır. Buna misal kimi, təhlükəsizlik məsələləri ilə bağlı dünyanın bir nömrəli konfransı olan Münxen Təhlükəsizlik Konfransında, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Cənab Prezident tərəfindən Ermənistana vurulan sarsıdıcı zərbələri qeyd etmək olar: “Lakin, biz tarixi və hüquqi faktlardan daha geniş istifadə edərək öz qəti mövqeyimizi hər kəsə çatdırmalıyıq. Bu yöndə fəaliyyəti təkcə diplomatlarımızdan və hökümət nümayəndələrindən gözləmək yerinə hər bir vətəndaşımız anlamalı, bu haqq işimizə qoşulmalıdır. Bunu nəzərə alaraq Cənab Prezident altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı xüsusilə bu məsələyə toxunmuş, biz deputatlarında bu yöndə fəal, mübariz və mətin olmağımızın çağırışını etmişdir. Azərbaycan Respublikası Prezidentinin davamlı şəkildə haqqa və ədalətə, beynəlxalq hüquq normalarına əsaslanmış mövqeyi tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpasını qarşısıalınmaz edir”.

Sizin Reklam Yeriniz