Əlaqə Arxiv
news Image
2020.04.28
20:33
| A A A
Suriyada törədilən terror aktı nəticəsində 20 nəfər ölüb
Suriyanın Afrin şəhərində baş verən terror aktında 20 nəfər ölüb. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, partlayıcı quraşdırılmış dizel dolu maşın Afrin şəhər mərkəzində mülki şəxslərin cəmləşdiyi Racu küçəsində partladılıb. Nəticədə 20 nəfər ölüb, onlarla adam yaralanıb. Yaralılar xəstəxanalara aparılıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Partlayış nəticəsində ətrafdakı bir çox binalara ziyan dəyib, yolda olan avtomobillər yararsız hala düşüb. Yerli təhlükəsizlik qüvvələri hücumun terror təşkilatı YPG / PKK tərəfindən təşkil edildiyi ehtimalını nəzərdən keçirir.
Sizin Reklam Yeriniz