Əlaqə Arxiv
news Image
2012.05.12
12:12
| A A A
Prezidentin sevgilisi parlament sədri ola bilər
Bəs buna birinci xanım nə deyəcək?

Fransanın yeni prezidenti Fransua Olland köhnə sevgilisi və 4 uşağının anası olan Sequlen Royalı parlament sədrliyinə gətirərək ölkənin ən güclü xanımı etmək istəyir."Daily Mail" qəzetində bu haqda geniş məlumat yer alıb. Sosialist partiyasından prezident seçilən Olland 2007-ci ildə keçirilən prezident seçkilərində Sarkoziyə məğlub olan 30 illik münasibət yaşayan və elə həmin il ayrıldığı uşaqlarının anası Sequlen Royalı ölkənin 3-cü adamı edəcəyi barədə xəbərlər yayılıb.

Fransada parlament sədri prezident, baş nazir postundan sonra ən prestijli vəzifə hesab olunur. İndi ən maraqlı məqamlardan biri də, Prezidentin köhnə sevgilisinə edəcəyi bu jestin ölkənin birinci xanımı Valerie Trierveylerin necə reaksiya verəcəyidir. Çünki birinci xanımın ən böyük rəqibi də Royal olacaq.

Qeyd edək ki, Fransua Olland 30 il birlikdə olduğu Sequlen Royaldan 2007-ci ildə ayrılıb və onu jurnalist Valerie Trierveylerə dəyişib.

Sizin Reklam Yeriniz