QMİ İranın bəzi din xadimlərinin çağırışları ilə bağlı bəyanat yayıb
“Acı reallıq ondan ibarətdir ki, həqiqətən islami həmrəylik, dini təəssübkeşlik nümayişi tələb olunan zamanlarda bu dəstəyi hiss etməmişik”
Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) Elmi-Dini Şurası son vaxtlar İran İslam Respublikasının bəzi
din xadimlərinin çağırışları və Azərbaycanın Təbrizdəki Baş
Konsulluğu qarşısında keçirilən aksiyalar zamanı səsləndirilən
fikirlərdən narahatlığını bildirən bəyanat yayıb.
QMİ-dən APA-ya daxil olan
bəyanatda deyilir ki, 14 əsr bundan əvvəl islam dünyasına qovuşmuş
Azərbaycan xalqı hər zaman müqəddəs dini dəyərləri ilə fəxr edib,
özünün bir millət kimi formalaşmasında bu dəyərlərə istinad edib:
"Son bir əsr ərzində müstəqilliyini qazandığı ilk anlardan islami
mənsubiyyətimiz dövlət bayrağımızda öz əksini tapıb. 70 illik
ateizm rejimindən sonra xalqımızın ülvi arzularını gerçəkləşdirərək
məscid və ziyarətgahlarımıza yeni həyat bəxş edən Heydər Əliyevin
dövlət başçısı kimi ilk əməli addımlarından birini Peyğəmbərimiz
Məhəmməd Salavatullahın mübarək Mövludu günündə Təzəpir məscidini
ziyarətdən başlaması, müqəddəs Kəbə evini ziyarət etməsi, nisgilli
Bibiheybət məscidinin bərpası barədə sərəncamı Azərbaycanda dini
dəyərlərin dirçəldilməsi yönündə önəmli tədbirlərdəndir. Dünya
şahiddir ki, bu gün dövlət başçımızın səyləri sayəsində Azərbaycan
uğurlu, yüksək inkişaf yolu ilə irəliləyir, həyatın bütün
sahələrində nailiyyətlər qazanır. Uğurlarımızın təminində şübhəsiz
ki, milli-mənəvi ənənələrimizə sahib çıxmağımız, bu ənənələrin
kökündə duran dini dəyərlərimizə, bütün dinlərin nümayəndələrinə
ehtiramlı münasibətimiz böyük rol oynayır. Sovetlər dönəmində
Azərbaycanda 18 məscid mövcud idisə, müstəqil Azərbaycanda hazırda
2000-ə yaxın ibadət məkanı fəaliyyət göstərir. Dövlətin maddi və
mənəvi dəstəyi, habelə ulu öndərimizin adını daşıyan fondun xətti
ilə təkcə son 10 il ərzində Azərbaycanda 417 məscid təmir və bərpa
olunub, nəinki ölkə daxilində, həmçinin ölkəmizin hüdudlarından
kənarda məscidlərin təmir və bərpası reallaşdırılıb. Elə bu
günlərdə Serbiyada dövlət başçımızın dəstəyi sayəsində bərpa
edilərək dindarların istifadəsinə verilmiş Bayraklı Camesi buna
bariz sübutdur. Əqidə və əməlləri ilə milli-mənəvi dəyərlərimizə
bağlı olan dövlət başçımızın qayğısı sayəsində Təzəpir, Əjdərbəy,
Şamaxı Cümə, Gəncə İmamzadə məscidləri və digər dini
ibadətgahlarımız möhtəşəm təmir və bərpa işlərindən sonra
dindarların ixtiyarına verilmişdir və bu proses davamlı olaraq
həyata keçirilməkdədir. Bütün bunların dövlət səviyyəsində, dövlət
başçısının şəxsi diqqət və qayğısı sayəsində həyata keçirilməsi
Azərbaycan xalqını ürəkdən sevindirir. Dünyəvi dövlət xalqımızın
seçimidir. Müstəqil Azərbaycan dövlətinin Əsas Qanunu
hüquqi-demokratik və dünyəvi dövlət quruluşumuzu təsbit edir, əqidə
azadlığımızı qoruyur. Milli-mənəvi irsinə sadiq bir dövlətin
vətəndaşları olaraq biz - Azərbaycan Respublikasının elm və din
xadimləri milyonlarla insanın etimadını qazanaraq xalq tərəfindən
seçilmiş, ölkəmizin iqtisadi və siyasi qüdrətini artırmaqla yanaşı,
milli-mənəvi dəyərlərimizi qoruyan, dini abidələrə yeni həyat verən
möhtərəm prezidentimiz İlham Əliyevin xalqımız və dövlətçiliyimiz
qarşısında xidmətlərinin müstəqilliyimizi həzm edə bilməyənlər,
uğurlarımızı gözü götürməyənlər tərəfindən inkar edilməsinə,
xalqımıza, dövlətimizə və milli-mənəvi dəyərlərimizə qarşı
təhqirlərə biganə qala bilmərik. Biz, Azərbaycan dövlətinin adına
olmazın həqarətlər yağdırılmasını, onun dövlət atributlarının
təhqirini, prezidentinin ünvanına qonşu İran dövlətinin bəzi din
xadimləri tərəfindən təhqiramiz ifadələr işlədilməsini, xalqımız və
dövlətimizə xitabən müxtəlif ultimativ xəbərdarlıqlar edilməsini,
müstəqil siyasətimizin təhdid edilməsini heç bir vəchlə qəbul
etmir, bunu daxili işlərimizə müdaxilə hesab edirik.
Xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş bu təxribatların əsl məqsədi heç də qələmə verildiyi kimi dini təəssübkeşlik, islami həmrəylik, qardaşlıq nümayişi və ya xalqımızın guya heysiyyətinin qayğısına qalınması deyil, islam adından sui-istifadə edərək sabitliyimizə xələl gətirmək və cəmiyyət daxilində qarşıdurma yaratmaqdır. Dövlət başçımız tərəfindən Azərbaycan ərazisindən qonşu İran dövlətinə qarşı hər hansı təcavüzə imkan verilməyəcəyinin bəyan edilməsindən sonra bu növ aksiya və bəyanatlara yol verilməməliydi. Dövlətimiz və cəmiyyətimiz tərəfindən qəbul edilməyən gey-parad və buna bənzər məsələlərin olacaq kimi qələmə verilməsi, dövlətimiz əleyhinə aramsız təhdidlər səsləndirilməsi qərəz və məkrdən başqa bir şey deyil. Yaşadığımız bölgədə və dünya miqyasında bütün millət və dövlətlərlə dinc qonşuluq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşamaq məramımızdır. Müstəqil dövlət olaraq uğurlarımıza dostlarımızın sevinməsinə ümidvarıq. Özümüzə arzuladığımızı başqalarına da arzu edirik. Ən böyük problemimiz olan ərazi bütövlüyümüzün bərpası məsələsində, haqq işimizin qələbəsində hər zaman dünya birliyinin ədalətli mövqeyinə, dost və qardaş ölkələrin dəstəyinə ümid bəsləyirik. Acı reallıq ondan ibarətdir ki, həqiqətən islami həmrəylik, dini təəssübkeşlik nümayişi tələb olunan zamanlarda bu dəstəyi hiss etməmişik. İstər sovetlər dönəmində dini dəyərlərimiz əsl təhlükədə olduğu bir zamanda, istərsə də erməni ekstremistləri xalqımıza qarşı təcavüzkarlıq aktları həyata keçirərkən atılması tələb olunan addımlar gerçəkləşdirilmədiyi halda, indi heç bir səbəb olmadan belə lüzumsuz bəyanatların verilməsi başa düşülən deyil. Təəssüf edirik ki, Azərbaycan torpaqlarının işğalına, Şuşa, Ağdam məscidlərinin və yüzlərlə digər islami ibadət məkanlarımızın dağıdılmasına, təhqir olunmasına, bir milyon Azərbaycan müsəlmanının öz doğma yurdundan didərgin salınmasına cavab olaraq İranın nüfuzlu din xadimlərinin fətvalarını eşitmədiyimiz halda, bu ölkənin təcavüzkar dövlət olan Ermənistana davamlı olaraq maddi və mənəvi dəstəyinin şahidi olmaqdayıq. Bir daha bəyan edirik ki, Azərbaycan xalqı, inşallah, ona qarşı fitnələrə və məkrli şayiələrə heç bir zaman uymayacaq, dövlətimizin müstəqilliyi yolunda bütün maneələri dəf edəcəkdir. Bunu qonşu İranın din xadimlərinə də məsləhət bilir, əsassız böhtan və təhqirlərə son qoymağa, islami əxlaqımıza, milli-mənəvi dəyərlərimizə hörmətsizlik olan iftiradan uzaq olmağa çağırırıq. Allah köməyimiz olsun!"