Əlaqə Arxiv
news Image
2020.05.05
08:55
| A A A
Əli Kərimli və trolları yenə ifşa olundu
Söyüş söyən, söydürən, simasız söyüşbazlar sistemi

 

Bu gün Azərbaycan müxalifətinin bir qolu radikallar adlanır. Amma bu radikallar hansısa idarəolunmaz dəstə üzvləri deyil. Onlar ayrı-ayrı partiya və birliklərdə yerləşdirilib və həmin siyasi və ictimai təşkilatların sıralarında yalnız söyüş söymək funksiyasını yerinə yetirməklə məşğuldurlar.

Bu cür davranış həm başadüşüləndir, həm də yox. Birincisi, ona görə ki, bu adamların xalqa deməyə mənəvi mövzusu, hakimiyyəti tənqid etməyə faktı yoxdur. Amma partiya üzvüdürlər axı. Məsələn, AXCP-nin üzvü. Bu təşkilat və onun rəhbəri Əli Kərimli bəyan edirlər ki, guya hakimiyyətə gəlmək üçün siyasi mübarizə aparırlar. Amma reallıqda hakimiyyətə və digər partiyalara, ayrı-ayrı adamlara sataşmaqdan, barələrində hədyanlar danışmaqdan və başlıcası söyüş söyməkdən başqa ayrı bir işlə məşğul olmurlar. Bu yaxınlarda  AXCP-lərdən birinin sədri Əli Kərimli jurnalist Arif Əliyevə verdiyi video-müsahibədə bu haqda söhbət gedib və jurnalistin sosial şəbəkələrdə söyüş söyən dəstələr haqda sualını Ə.Kərimli belə cavablandırıb: “Mən həmişə etik çərçivəni aşmayan, qanundan kənar hərəkət eləməyən adamam... Leksikonunda söyüş olan heç bir şəxslə əlaqəm yoxdur. O söyüş söyənlərin bizə, AXCP-yə heç bir aidyyəti yoxdur. Bunu eləyən olanda cəzalandırırıq”.

Bəlkə də siyasi məsələlərdən və ümumiyyətlə, yazı-pozu işindən uzaq olan insanlar onun bu fikirlərinə inanarlar. Amma ölkənin siyasi “qazanına” az-çox bələd olanlar yaxşı bilirlər ki, mətbuatda, yaxud sosial şəbəkədə söyüş nədir, mədəniyyət nədir, tənqid və ya böhtan nədir. Ola bilsin ki, Əli Kərimli həqiqətən danışanda sırf küçə söyüşü söymür. Amma böhtanları o dərəcədə haqsız və həyasızdır ki, söyüşdən betərdir. Təbii ki, həqiqəti əks etdirmədiyinə görə təsiri sıfıra bərabərdir, amma siyasi mədəniyyət, siyasi işi nüfuzdan salmaq baxımından söyüş qədər ədəbsizdir.

Bəs, nədən Əli Kərimlinin tərəfdarları söyüş söyməkdə mahirdirlər. “Yeni Müsavat” Media Qrupunun əməkdaşları da Kərimlinin çevrəsinin söyüş terroruna davamlı olaraq məruz qalması ilə bağlı bu dairə haqda ilginc faktlar açıqlayıb: ““Yeni Müsavat”ın facebook səhifəsində də yüzlərlə AXCP, Əli Kərimli tərəfdarını müxtəlif şəxslərin ünvanına əxlaqdan kənar ifadələr yazdıqları üçün bloklamaq məcburiyyətində qalmışıq. Üst-üstə adamın ölkə boyunca 2-3 min tərəfdarı olar, onun da əksəri ancaq söyüş söyür sosial şəbəkələrdə”. Qrupun adından yazan Elşad Məmmədli bildirir: “Ə.Kərimli video-müsahibəsində etiraf edir ki, bütün fəaliyyətlərini çoxdandır virtual məkana köçürüblər. Belə aydın olur ki, sosial şəbəkəyə transfer edən tərəfdarlarına, strukturlarına da yeganə “mübarizə” metodunun təhqirlər yağdırmaq olduğunu anladıblar...”.

Kim anlatmış olar bu davranış qaydasını? Hər bir təşkilatın etik davranış qaydaları kodeksində onun sədrinin təlimatları əsas götürülür. Həm də siyasi təşkilatda özfəaliyyətə yer yoxdur, hər kəs ümumi işlənib hazırlanmış plana uyğun hərəkət edir. Planın tərtibçisi də, sözsüz ki, sədr olur. AXCP-də bu şəxs Əli Kərimlidir və onun söyüşcül trolları bəlkə də ən abırsız davranış nümayiş etdirənlərdir.

Partiya sədri yaxasını nə qədər kənara çəkmək istəsə də, bunu faktlarla sübut eləyə bilməz. Çünki özünün Sevinc Osmanqızı ilə birgə hazırladığı gülünc müsahibələrinin “yaraşığı” məhz söyüşlərdir.

Açıq görünür ki, “Əli Kərimli” təbliğat maşınının statoru onun hazırlatdırdığı söyüşlərdir.

E.Məmmədli həmin söyüş müəlliflərini də araşdırıb: “Deyəcəksiniz, ad çək. Məsələn, biri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov. Xaricdə sığınacaq alıb, onun təhqirlərindən, ağır söyüşlərindən heç şübhəsiz, Mark Zukerburq özü də bezib. Hətta terrora çağırış da edir bu adam.

Hər yerdə onu blok eləməyə məcbur oluruq. Sonra gedir yeni, habelə saxta bir profillər açır və davam edir. Belələri hesab edirlər ki, xaricdədirlər deyə, bu təhqirlərə görə onları hüquqi qaydada cəzalandırmaq çətindir və söyüş söydüyü adamlar emosiyalarına hakim kəsilə bilməyəndə onu tutub döyə bilməyəcək. “Yeni Müsavat”ın facebook-dakı səhifəsində son islahatlarla bağlı yazarlarımızın yazdığı bir neçə soyuq, obyektiv təhlillər yerləşdirilib. O məqalələrin, köşələrin hamısı sırf islahatlara aid analitik yazılardır, Əli Kərimliyə heç bir aidiyyəti yoxdur təbii. Amma girin baxın, altına nələr yazırlar davamlı olaraq AXCP rəhbərinin tərəfdarları. Adminlərimiz bunları gördükcə dərhal silirlər. Lakin 5 dəqiqə sonra onlar yenə gəlib, təhqirlər yağdırıb gedirlər. İşləri ancaq bundan ibarətdir. Bəlkə də buna görə Əli Kərimlidən qonorar alırlar? Yoxsa niyə bu təhqir kampaniyasını “iş yerinə” çevirsinlər? Söyüş yazanların bir çoxunun profilində də Əli Kərimlinin şəkli yerləşdirilib, bu da düşündürücüdür”.  Jurnalist bu sistemin əsas simalarının adlarını sadalayır: Rəfael Həsənov,  Yusif Mirzəyev, Urşan Əkbərov, Rəcəb Vəliyev, Teyyub Tağıyev, İldırım Abdullayev və başqaları. Bir nəfər bir neçə profil açıb saylarını şişirtməyi də xoşlayır.

Əli Kərimli hara fırlatsa da, söyüşcüllüyünü inkar edə bilmir. Onun fəaliyyəti və yaratdığı dəstəsi isə siyasi işə xələl gətirməkdən başqa heç nəyə yaramır.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz