“Molotov kokteyli”ni icad edən azərbaycanlı... - Prezident
Azərbaycan elminin nümayəndələri Qırmızı ordunun Böyük Vətən Müharibəsində qələbə qazanmasına əhəmiyyətli töhfə veriblər.
Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Milli Müdafiə” jurnalına müsahibəsində deyib.
“Bizim ümumi qələbəmizə həmçinin Azərbaycan elminin nümayəndələri əhəmiyyətli töhfə veriblər. Çox az adam bilir ki, böyük Azərbaycan alimi Yusif Məmmədəliyev “Molotov kokteyli” kimi məşhurlaşan alovlandırıcı qarışıq icad edib”, – deyə Prezident bildirib.
Qeyd edək ki, müsahibə jurnalın may buraxılışı üçün alınıb. Onun yaxın zamanlarda jurnalın dərc olunacaq buraxılışında yayımlanması nəzərdə tutulub.