"Seçki Məcəlləsinə görə bir namizəd üçün ümumilikdə 40 min seçici imzası toplanılmalıdır. Yeni Azərbaycan Partiyası (YAP) öz namizədinin müdafiəsi üçün 1 milyonadək imza toplaya bilər". Mövqe.az-ın məlumatına görə, bunu bu gün YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP Xətai rayon təşkilatında Prezidentliyə namizədin qeydə alınması üçün seçici imzalarının toplanması ilə bağlı keçirilən müşavirədə söyləyib.
S.Novruzovun sözlərinə görə, YAP Bakı, Abşeron, Sumqayıt təşkilatları üzrə İlham Əliyevin Prezidentliyə namizədliyinin qeydə alınması üçün 12 100 imza toplanacaq: "Seçki Məcəlləsinin digər tələblərinə görə azı 60 dairədən imzalar toplanmalıdır. Lakin YAP İdarə Heyəti qərar qəbul edib ki, 125 dairədən imza vərəqələri toplanılsın".
Millət vəkili sözlərinə əlavə edib ki, YAP-ın Bakı, Abşeron, Sumqayıt üzrə 200 minə yaxın üzvü var və həmin ərazidən 12 100 imza toplayacaq ki, bu da partiya üzvlərinin 8 faizini təşkil edi