Əlaqə Arxiv
news Image
2020.05.13
16:26
| A A A
Rüşvətxorların bazarının bağlanması radikalları məyus edir
Məqsədi pozuculuq olan müxalif donosbazların şər maşını üyüdüb tökür

Azərbaycanın inkişaf yolunun məhək daşı olan islahatlar proqramının hazırkı mərhələsi bəzi dönüklərin əlinə girəvə verib. O mənada ki, cəmiyyətin əsaslarını sarsıdan neqativ əməllərə qarşı mübarizə daha da kəskinləşib və birbaşa olaraq rüşvətxorlara, dövlətin malını-pulunu mənimsəyənlərə, sadə adamların əlinə göz dikənlərə yönəlib. Ölkənin bütün əhalisi bu prosesi alqışlayır, rüşvətxorları qınayır və müdriklərin məsəllərindən gen-bol istifadə edərək “haqq nazilər, amma üzülməz” deyib, tanrının mərhəmətinə şükürlər edirlər. Rüşvət alan yerdə yaxalanan, kasıbın malını-pulunu ələ keçirən cinayətkarların aşkara çıxarılıb yuyulması birbaşa ölkə rəhbərliyinin iradəsi ilə baş verir. Çünki Azərbaycan demokratik quruculuq yolunu seçib və bu istiqamətdə addım-addım irəliləyir, siyasətdə və iqtisadiyyatda şəffaflıq, aşkarlıq daim artır. Kim bu hadisələri pisləyər?! Dövlətini, vətənini sevən kimsə bunu etməz. Amma edənlər var. Yəni, xalqını, dövlətini sevməyənlər gözlərini yumub, ağızlarını açıb, eyni zamanda Allahın yolunu da unudub, öz yollarında hətərən-pətərən nə istəyirlər danışırlar.

Qənimət Zahidin “Azərbaycan saatı” internet kanalında keçmiş diplomat və hazırkı demaqoq Arif Məmmədovla müsahibəsinə baxanda adamı ikrah hissi bürüyür. Azərbaycanda rüşvətxorların bazarının bağlanması barədə məlumatlara sevinmək əvəzinə bu adamlar gülə-gülə cəmiyyətə mənasız və çaşdırıcı ab-hava yükləmək istəyirlər.  Arif Məmmədov deyir ki, həbs olunan icra başçılarını ölkə rəhbərliyi təyin edib və təyinat vaxtı onları qəbul edib, tövsiyələr verib. Amma indi də öz kadrlarını işdən azad edir, hüquq-mühafizə orqanları onları həbsə atır və sairə. Bu işdə nöqsan nədir, bax, bu maraqlıdır ki, A.Məmmədov nəyi pisləmək istəyir? Prezident vəzifəyə kadr təyin edir, düz işləməyi, xalqa xidmət etməyi tapşırır, amma bir müddət sonra öyrənəndə ki, bu adam yolunu azıb, dərhal işdən azad edir və onun yerinə özünü yaxşı tərəfdən göstərmiş başqa bir kadrı təyin edir.  Deyəsən, bu məlum həqiqəti öz həyatında unudub ki, Arif Məmmədov belə pafosla, həm də “çevir tatı, vur tatı” misallı müsahibəsində danışır. Axı, onun özünü də Azərbayvan hakimiyyəti Brüsselə sanballı vəzifəyə təyin etmişdi. Bu, böyük etimad idi. Bəs, Məmmədov əvəzini necə ödədi? Təmsil etdiyi dövlətin mənafeyini güdmək əvəzinə bu adam Avropanın Azərbaycanı istəməyən qüvvələrinin parıldayan təkliflərinə uydu və ölkəsinə xəyanət etdi. Bu səbəbdən də xarici qüvvələrin sifarişi ilə Azərbaycan xalqının rəğbətini qazanan rüşvətxorluğa qarşı mübarizənin kəsərini azaltmağa yönəlmiş təbliğat aparır. Ancaq tam səmərəsiz. Xalqımız aı qaradan seçməyi yaxşı bacarır, kənardan düdükçalana ehtiyac yoxdur.

Bu arada Mülli Şura deyilən təşkilatın başbilənləri Cəmil Həsənli və Əli Kərimli də pandemiya səbəbindən cəmiyyətimizdə baş verən təbii prosesdən yersiz təbliğat kimim istifadəyə çalışırlar. Bu proses təbiidir, ona görə ki, heç kim koronavirusu ölkəyə dəvət etməyib, bu, insanla təbiət arasında gedən qarşılıqlı mübarizənin normal nəticəsidir. Və hökumətlərin də virusun yayılmasının və insanlara vurduğu zərərin qarşılanması üçün gördüyü zəruri tədbirlərdir. Mübarizənin səmərəsini artırmaq üçün hökumətin tətbiq etdiyi bəzi məhdudlaşdırıcı tədbirlər insan hüquqlarını pozmur, əksinə, insanlarımızın həyatlarının qorunması məqsədini daşıyır. Amma radikalların təfsirində bu, insanların hüquqlarını kobud şəkildə pozmaq deməkdir, yəni, ay hökumət, sənin nə işinə qalıb, kim istəyər ölər, kim istəyər qalar, təki, özbaşınalıq olsun. Bütün dünya Azərbaycandakı sabitliyi alqışlayır, amma öz içimizdən çıxanlar pisləyir. Nəyə görə, o da məlumdur, cızma-qara layihələrinə qrant almaq üçün, yəni, xaricdən pul almaq üçün. Bəyəm, bu, cinayət deyil?! Bəlkə də bunların apardığı təbliğat ona görədir ki, məmurların başlarına gələnlərin bir gün bunların da başlarına gələcəyi fikri onları rahat buraxmır. “Xain xoflu olar” deyiblər axı, bunlar öz günlərinə ağlayırlar.

Xarici havadarlarının köləsinə çevrilən Milli Şuranın ideoloqları, marginal qruplaşmalar beləcə xalq, Vətən, müstəqillik deyə-deyə, əslində “ağa”larından alacaqları qrantlar uğrunda satqın mövqe tuturlar.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz