Əlaqə Arxiv
news Image
2013.07.17
18:07
| A A A
Misirdə yeni hökümət vəzifəsinə başlayıb

Movqe.Az xəbər verir ki, Misirdə, Hazım Əl Biblavinin baş nazirliyində qurulan müvəqqəti hökumət, müvəqqəti prezidenti Ədliyyə Mənsurun hüzurunda and içərək vəzifəyə başlayıb. Baş qərargah rəhbəri və Müdafiə naziri General Abdülfettah Əl Sisi, hökumətdə nazirlik vəzifəsilə yanaşı baş nazir müavinliyini boynuna götürüb. Sisi, daha əvvəl etdiyi şərhlərdə baş nazir köməkçisi olmayacağını bildirib. Hökumətdə Nəbil Fehmi Xarici işlər, Məhəmməd Əhməd İbrahim isə Daxili İşlər Nazirliyinə gətirilib. İnzibati İnkişaf Nazirliyinə gətirilməsi gözlənilən Əhməd Dərvişin də hökumətin yekun siyahısında iştirak etmədiyi deyilib. Müsəlman Qardaşlar isə müvəqqəti hökuməti tanımadığını bildirib. Digər tərəfdən Müsəlman Qardaşlar tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında dünən axşam meydana gələn qarşıdurmalarda 7 nəfər ölüb, 260-dan çox insan yaralanıb.

Sizin Reklam Yeriniz