Əlaqə Arxiv
news Image
2020.06.19
17:55
| A A A
Paşinyanın çağırışları qulaqardına vurulur

Ermənistanın Baş naziri Nikol Paşinyan başını itirib. İşğalçı ölkədə koronavirusa yoluxanların sayı artır. Paşinyanın "maska taxın, sosial məsafəyə riayət edin" çağırışları əvvəlki kimi qulaqardına vurulur. Baş nazir koronavirusla mübarizədə sonuncu üsula əl atıb. Paşinyan Ermənistanda epidemiya əleyhinə hərəkatın yaradılmasını təklif edib. Onun məntiqinə görə, hər bir erməni karantin qaydalarına əməl etməlidir. Bu çağırışda isə yeni heç nə yoxdur.İkincisi, karantin qaydaların əməl edən erməni başqalarından bu qaydalara əməl etməyi tələb etməlidir.Üçüncüsü, Paşinyan karantin qaydalarını pozanların şəkillərinin sosial şəbəkələrdə paylaşılmasını təklif edib. Görünür, Paşinyan ermənilərin bir-birindən şikayət etməsini işə yarayacağını düşünür. O, sosial şəbəkələrdə paylaşılan şəkilləri araşdırmaq məqsədilə polisdə monitorinq qrupunun yaradılığını bildirib. Yəni Paşinyanın məntiqinə görə, həmin monitorinq qrupu qaydaları pozanları müəyyənləşdirib onlara cəza kəsməlidir. Ancaq hazırda polis özü ağır vəziyyətdədir. Ermənistanın polis rəisi Arman Sarkiosyanın son açıqlamasına görə, 100-dən çox polis koronavirusa yoluxub. Ermənistanda vəziyyət o dərəcə kritikdir ki, illərdir susan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da açıqlama vermək məcburiyyətində qalıb. Levon Ter-Petrosyan Ermənistandakı vəziyyəti müharibə adlandırıb. Ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan və Polis rəisi Arman Sarksyanın eyni gündə istefaları dərinləşməkdə olan hakimiyyət böhranının simptomudur.Ermənistanın hazırkı hakimiyyətinə qarşı etirazlar yalnız məmurların istefası ilə yekunlaşmayacaq, xalq da bu prosesə qoşulacaq.Baş nazir Nikol Paşinyan getdikcə nüfuzunu itirir. Çünki xalqa verdiyi vədləri yerinə yetirə bilmir, ölkədə səfalət hökm sürür. İş o yerə çatıb ki, indi nəinki xalq, heç komandası da Paşinyana inanmır. Son zamanlarda onun hökumətinə qarşı müxalifətin etirazları daha mütəşəkkil, ardıcıl xarakter daşıyır. Heç şübhəsiz, bu istefalar əvvəlcədən hökumətdən kənar müəyyən dairələrdə razılaşdırılıb. Bu da hökumətin monolit olmadığını, hakim partiyanın daxilində narazılıqların artdığını göstərir. İstefa verən yüksək rütbəli dövlət məmurlarının müxalifət cinahında yer alma ehtimalı olduqca yüksəkdir. Bu yaxınlarda keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramına üzv ölkələrin onlayn konfransı zamanı Ermənistan baş naziri Nikol Paşinyanın növbəti təxribat cəhdi suya düşdü.Zabit Ramil Səfərovun Azərbaycan bayrağını aşağılayan erməni zabitini Macarıstanda cəzalandırması hadisəsi ermənilərin yaddaşına elə həkk olunub ki, bu hadisəni harda gəldi özlərinə uyğun şəkildə səsləndirirlər. Paşinyan məlum hadisəni bu dəfə də onlayn konfransda xatırladaraq Avropadan dəstək almağa çalışdı, ancaq yenə alınmadı. Çünki, Azərbaycan prezidentinin vaxtilə Parisin Orli hava limanında partlayış törədən və günahsız fransalıların da ölümünə səbəb olan erməni terrorçunun Ermənistana ekstradisiya edilərək qəhrəman kimi qarşılanması hadisəsini xatırlatması məsələyə nöqtə qoydu. Nikol Paşinyan bu mövzuda üstünlük qazanmayacağını anlayaraq keçdi Qarabağ mövzusuna və özünün illərdir təkrarladığı fikri yenə səsləndirdi: "Dağlıq Qarabağ münaqişəsinin həlli Arsax, Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun olmalıdır". Paşinyan eyni cümləni bir gün əvvəl, yəni iyunun 17-də

parlamentdəki çıxışı zamanı dilə gətirmişdi. Paşinyan bu cümləni hakimiyyətə gələndən bu yana təkrarlayır. O, düşünür ki, cümləsinə "Azərbaycanın da maraqları nəzərə alınmalıdır" sözlərini əlavə etməklə guya güzəştə gedir və bu cümləsiylə o keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqelərindən fərqlənir. Paşinyan erməni şovinizmini demokratiya kimi qələmə verməyə çalışır və yersiz, absurd açıqlamaları ilə beynəlxalq ictimaiyyətə öz düşüncəsizliyini nümayiş etdirir. Ermənistan adlanan qondarma bir dövlətin hökumət başçısı kimi nəinki siyasi cəhətdən əsaslandırılmış fikirlər söyləmir hətta adi məntiqi nizamı belə olmayan cümlələr işlədir. İkili standartların girovuna çevrilmiş bəzi ermənipərəst beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiq metodlarını intensiv işə salmaları, ermənilərdə güvən hissini yaradır və bu cür məntiqsiz fikirlər sələndirməyə vadar edir.

Anar Əliyev

YAP Binəqədi Rayon təşkilatı

Gənclər Birliyinin sədri

Sizin Reklam Yeriniz