Əlaqə Arxiv
news Image
2012.05.14
16:30
| A A A
Bakıya yeni helikopterlər gəlir
Helikopterlərdən 24-ü Mi-35M tipli döyüş vertolyotudur

Rusiya Azərbaycanla 2010-cu ildə bağlanmış müqavilələr üzrə bu ilin sonunadək Bakıya 64 ədəd hərbi helikopterin çatdırılmasını yekunlaşdıracaq. APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, müqavilələrin icrası ilə hazırda Rusiyanın "Oboronprom" Konserninin nəzarəti altında olan iki müəssisə – "Kazan Vertolyot Zavodu" və "Rosvertol" (Rostov-Donda yerləşir) şirkətləri məşğul olur.

Helikopterlərin çatdırılmasına ötən ilin sonlarından başlanıb. Müqavilə üzrə çatdırılacaq helikopterlərin 40 ədədi Mi-17-V1 tipli hərbi-nəqliyyat, 24-ü isə Mi-35M tipli döyüş helikopteridir.

Bu, Azərbaycan və Rusiya arasında hərbi aviasiya vasitələrinin alğı-satqısına dair imzalanmış ən böyük müqavilədir.

Sizin Reklam Yeriniz