Əlaqə Arxiv
news Image
2020.07.24
14:33
| A A A
Ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atacaq

Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz bütün sahələrdə tərəqqi edib və bu gün də inamla irəliləyir. Əsrlər boyu böyük tarixi və mədəni inkişaf yolu keçən qədim Azərbaycanın beynəlxalq aləmdə qazandığı etibar, söz sahibinə çevrilməsi, nəhəng dövlətlər arasında yüksək nüfuza malik olması məhz cənab Prezident İlham Əliyevin dahiyanə təfəkkürünün və böyük zəhmətinin məntiqi nəticəsidir.
        21 iyul 2020-ci il Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdimat mərasimində Prezident İlham Əliyev öz çıxışında bildirib ki, pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən çox böyük dəstək göstərilir, yeni modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir. Biz bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb etmişik. Hər belə addım pul tələb edir. Biz bunu edirik, çünki bu, bizim borcumuzdur. Ona görə edə bilirik ki, bizim imkanımız var. İmkanı da biz öz işimizlə, məqsədyönlü fəaliyyətimizlə yaradırıq. Həm xarici siyasətimiz, həm daxili siyasətimiz bir məqsədi güdməlidir ki, ölkə daha da qüdrətli olsun, insanlar daha da yaxşı yaşasınlar.
        Bütün dünyanı cənginə alan COVID-19 virusunun ölkəmizdə qarşısının alınması ilə bağlı görülən tədbirlər vətəndaş olaraq bizi olduqca sevindirir və bundan qürur hissi duyuruq. Xüsusən də karantin dövrü ərzində vətəndaşlara göstərilən maddi və sosial yardımlar, maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi, yeni laboratoriyaların təcili olaraq alınıb ölkəmizə gətirilməsi və quraşdırılması təqdirəlayiq haldır. Azərbaycanda bu sahədə görülmüş işlər xüsusi əhəmiyyət daşıyır və bunu hər kəs görür.Bildiyimiz kimi, Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması və işi düzgün təşkil etmək üçün 100 milyonlarla manat vəsait ayrılıbdır.Səhiyyə sistemi həmişə bütün dünyaya, o cümlədən bizə nümunə kimi göstərilən inkişaf etmiş ölkələrlə müqayisə aparılanda Azərbaycan dövlətinin  COVID-19 virusunun ölkəmizdə qarşısının  alınması ilə bağlı gördüyü işlərin böyük üstünlük təşkil etdiyi aydın görünür .
         Eyni zamanda, şəhid ailələrinin, müharibə əlillərinin sosial və məişət problemləri daim Dövlət başçımızın və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. 
       Böyük fəxr ilə qeyd etmək istəyirəm ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə istər siyasi,istər iqtisadi sahədə daha böyük nailiyyətlərə imza atacaq.
           İradə Hüseynova
           Nəsimi rayonu

 

Sizin Reklam Yeriniz