Əlaqə Arxiv
news Image
2020.08.04
09:15
| A A A
Kolumbiya səfiri Azərbaycan xalqına müraciət edib
"Bu gün Kolumbiya beynəlxalq arenada get-gedə daha da fəal rol oynayan, əməkdaşlığa öz tohfəsini verən, təşviq edən, digər ölkələrlə dostluq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməyə çalışan bir dövlətdir. Dost ölkə Azərbaycanla mükəmməl siyasi dialoqdan əlavə, ticarət, mədəni, təhsil və digər sahələrdə getdikcə dərinləşən münasibətlərimizdə son illərdə qazandığımız uğurlu nailliyətlərimiz buna bariz nümunədir". Mövqe.az xəbər verir ki, bu fikirlər Kolumbiyanın Azərbaycandakı Səfiri Luis Antonio Dimate Kardenasın ölkəsinin Milli Günü münasibətilə Azərbaycan xalqı və hökumətinə müraciətində yer alıb. "1810-cu ilin 20 iyul tarixində başlayan və 9 il sonra Boyaka döyüşü ilə ölkəmizin azadlığının əbədi olaraq möhürləndiyi bu mötəbər tarixdə sizləri salamlamaqdan böyük şərəf hissi duyuram. Məhz bu gün bizə bu azadlığı qazandıran və özlərini qurban verərək böyük və suveren bir dövlətin əsaslarını yaradan qəhrəmanlarımızı yad edirik. Həmin o qəhrəmanlıq şücaətlərindən düz iki əsr keçir. O iki əsrlik əmək və səylər bizə bu gün gələcəyə daha nikbin baxmağa şərait yaradır". O, qeyd edib ki, bu gün Kolumbiya güclü və sabit iqtisadiyyatı olan, sülhə, demokratiyaya, insan hüquqlarına və dayanıqlı inkişafa sadiq, öz xalqının rifahı və tərəqqisi üçün Prezident İvan Duke tərəfindən irəli sürülən qanunçuluq, təşəbbüskarlıq və bərabərlik prinsiplərini rəhbər tutaraq bütün öhdəlikləri layiqincə həyata keçirən dövlətdr: Bu gün Kolumbiya beynəlxalq arenada get-gedə daha da fəal rol oynayan, əməkdaşlığa öz tohfəsini verən, təşviq edən və digər ölkələr ilə dostluq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməyə çalışan dövlətdir. Dost ölkə Azərbaycanla mükəmməl siyasi dialoqdan əlavə, ticarət, mədəni, təhsil və digər sahələrdə getdikcə dərinləşən münasibətlərimizdə son illər qazandığımız uğurlu nailliyətlərimiz buna bariz nümunədir. Kolumbiyanın Azərbaycandakı Səfiri olaraq, bu qardaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə qətiyyətlə sadiqəm. Səfirlikdəki həmkarlarım və eyni zamanda, bugün bizə ev sahibliyi edən bu gözəl ölkənin inkişafına öz fəaliyyəti və zəhməti ilə xidmət edən burada yaşayan həmvətənlərim məni bu uğurlu yolda müşayiət edirlər. Bu ilki milli yubileyimizi fiziki olaraq həyata keçirə bilməsək də, mövcud sağlamlıq böhranının ortasında qeyd edirik. Buna baxmayaraq, əminəm ki, çətinliklərdə daha çox qüvvə ilə ortaya çıxan həmrəylik ruhu ilə qardaş xalqlar olaraq daha güclü və möhkəm şəkildə bu vəziyyətdən çıxmağa nail olacağıq. Kolumbiyanın Prezidenti İvan Duke və Xarici işlər naziri Klaudia Blumun Azərbaycan xalqının tərəqqisi və rifahı, həmçinin, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair ən xoş arzularını Azərbaycan hökumətinə bir daha çatdıraraq müraciətimi bitirirəm".
Sizin Reklam Yeriniz