Əlaqə Arxiv
news Image
2013.07.31
18:21
| A A A
Şimal sərhədimizdə təxribatçılıq çağrışı
Natiq Miri: “Arif Kərimovun dediyi mahiyyəti dəyişmir, boş–boş xülya və arzulardan ibarət olan çıxışdır” Əziz Əlibəyli: “Dağıstanın Azərbaycanla hansı yüksək səviyyəli iqtisadi əməliyyatları var ki, bu da Dağıstana təsir edə bilsin?”

Rusiya – Azərbaycan sərhədlərinin demarkasiya məsələsi yenidən gündəmə gətrilib. Rusiyanın Federal Ləzgi Milli Mədəni Muxtariyyətinin rəhbəri (FLMMM) prezidenti Arif Kərimov növbəti dəfə separatçı xarakterli mövqeyini ortaya qoyub. Xatırladaq ki, Federal Ləzgi Milli Mədəni Muxtariyyəti davamlı şəkildə Azərbaycana qarşı təxribatçı siyasət aparmaqla məşğuldur. Məsələnin sadəcə narahatlıq doğuran tərəflərindən biri odur ki, Federal Ləzgi Milli Mədəni Muxtariyyəti Rusiyada rəsmi statusu olan təşkilatdır və onun fəaliyyəti milli-mədəni muxtariyyətlər haqda qanuna əsaslanır. Lakin bu qanunda muxtariyyətlərin xarici ölkəyə qarşı təbliğat aparması nəzərdə tutulmur. Arif Kərimov isə qanunvericilyin bu tələblərini nəzərə almır və indi də belə iddialar səsləndirir ki, Rusiya və Azərbaycan arasında Dağıstan istiqamətində sərhədlərin demarkasiyası guya Dağılstanda qeyri-stabil vəziyyət yarada bilər. Hətta bu xüsusda o, Rusiya və Azərbaycanarasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissyanın həmsədri Vadim Postnova da öz iradlarını çatdırıb.

Bir daha xatirladaq ki, haqqında bəhs edilən Arif Arif Kərimovun bundan öncə də dəfələrlə Azərbaycana qarşı qərəzli çıxışları olub.

Siyasi şərhçilər sərhədlərin demarkasiya məsələsinin yenidən gündəmə gətrilməsini lüzumsuz sayırlar. Lakin onu da bildirirlər ki, Arif Kərimovun belə çıxışının arxasında Rusiyanın müəyyən qüvvələrinin təkidi ehtiamlının olması da istisna deyil. Politoloq Natiq Mirinin sölərinə görə, zaman – zaman Azərbaycana qarşı təzyiq vasitəsi olaraq sepratizimdən istifadə olunub: "Bunların içərisində ləzgi, talış separatizmi xüsusi yer alır. Bu gün Rusiyanın xüsusi xidmət orqanları tərəfindən himayə olunan separatçı təşkilatlar aktiv fəaliyyətə keçiblər. Müxtəlif absurd iddialarla çıxış edirlər. Əslində, Arif Kərimovun dediyi mahiyyəti dəyişmir. Boş – boş xülya və arzulardan ibarət olan çıxışdır. Ola bilsin ki, Rusiya xidmət orqanlarının sifarişini yerinə yetirir. Ancaq onu da nəzərə almaq lazımdır ki, burada Rusiya dövlətinin Azərbaycana müəyyən təzyiqi olmuş olsa belə, bəzən seprataçılar onun içərisinə bir az da öz istəklərini daxil etməklə ara qarışdırmağa çalışırlar. Bu ara qarışdırmaqla da böyük pullar qazanmaq istəyirlər. Çünki, həmin məsələlərə xeyli miqdarda pullar ayrılır. Bu pullar müxtəlif vasitələrlə silinir. Ona görə indiki məsələyə təxminən bu kontekstdə yanaşmaq lazımdır. Çünki, Dağıstan təkcə ləzgilərdən ibarət region deyil. Dağıstanda 36 etnik xalq yaşayır. Hər birinin özünün maraqları var. Ancaq bu maraqların heç biri Azərbaycan qarşı düşmən mövqeyində, ərazi iddiasında deyil. Ona görə də hər hansı bir ləzgi separatçısının dediyi heç nəyi dəyişməyəcək. Ən azında Rusiya dövlətinin mövqeyi bu kontekstdə deyil. Həmin ərazilərin demarkasiyası ilə bağlı Rusiya ilə Azərbaycan arasında elə də ciddi problem yoxdur. Demarkasiya məsələsi D. Medvedyevin prezidentliyi dövründə tam anlaşma çərçivəsində həll olundu. İndi də bəzi xırda məsələləri qaldırmaq istəyirlər. Ancaq bu iki dövlət arasında böyük problemə çevrilməyəcək. O baxımdan da bu açıqlamanı sepratçı insanların bir sərsəmləməsi kimi qəbul etmək olar. Ola bilsin ki, növbəti maliyyə tranşı var. Onu silmək üçün müxtəlif variantlarla ictimai rəyi bu istiqamətə yönəltmək istəyirlər".

Digər analitik Əziz Əlibəylinin fikrincə, bu sözlərin fonunda önə çıxan əsas mahiyyət separatçılıqla bağıldır: "390 km-lik sərhəddə malik olan iki dövlət hələ 2010-cu il sentyabrın 3-də Bakıda Azərbaycan və Rusiya arasında sərhədlərin dəqiqləşdirilməsini nəzərdə tutan saziş imzalayıb. Orda da məhz bu, göstərilib ki, sərhəd xətti keçmiş Azərbaycan SSRİ və Dağıstan MSSR arasında mövcud olan sərhədlər üst-üstə düşür. Sadəcə hər iki dövlət müstəqillikdən bəridir ki, ilk dəfə olaraq ərazi -sərhəd məsələsini hüquqi yolla, yəni beynləlxalq hüququn prinsiplərindən çıxış edərək həll etməyə təşəbbüs ediblər. Bundan da əlavə, Rusiyanın müəyyən dairələri ikinci əlin təzyiqindən istifadə etməkləmü əyyən məqsədləriən nail olmaq istəyirlər. Maraqlıdır, Arif Kərimov demarkasiya probleminin düzgün aparılmadığını deyərkən, Dərbəndin Azərbaycan ərazisi olduğunumu demək istəmişdi? Ya da ki, Dağıstanın (Rusiya deyil) Azərbaycanla hansı yüksək səviyyəli iqtisadi əməliyyatları var ki, bu da Dağıstana təsir edə bilsin? Demarkasiya və delimitasiya prosesi gedir. Bu, elə də ciddi problem olmadan həllini tapacaq".

Sizin Reklam Yeriniz