"Seçkilərin elə mərhələsinə daxil oluruq ki, müxalifət partiyaları ilə təmaslar qaçılmazdır". Bu açıqlamanı Prezidenti Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib. PA rəsmisi bu cür təmaslara ehtiyac olduğunu deyib: "Biz bu sahədə ATӘT-lə danışıqlar aparırıq. ATӘT-in müxtəlif partiya funksionerlərini bir araya toplayaraq seminarlar keçirməsi, seçkilərlə bağlı narahatlıq doğuran məsələlər olanda, onların şəffaf müzakirə olunub qərar qəbul edilməsi təcrübəsi mövcuddur. Yəqin ki, biz seçkilər ərəfəsində bütün siyasi partiya rəhbərləri və funksionerləri ilə görüşlər keçirəcəyik".
Xatırldaq ki, bundan öncə də Əli Həsənov dəfələrlə ölkədə dialoq mühitinin olduğunu və iqtidarın hər zaman müxalifətlə masa arxasında əyləşə biləcəyinin mümkünlüyünü bildirib. Ancaq hər dəfə də qarşı tərəf bu şansdan daha artıq dərəcədə yararlanmağa can atıb. Hətta dialoqu hakimyyətin rəhbərliyi səviyyəsində tələb ediblər. Siyasi şərhçilər onu da bildirir ki, əslində, radikal müxaliftəin antimilli mövqedə olması, yeknəsək vəziyyəti, bu düşərəni kimin təmsil edəcəyinin hələ dəqiq müəyyən olunmaması onunla dialoqu çətinləşdirir.
Millət vəkili Zahid Orucun sözlərinə görə, əgər iqtidar – müxalifət dialoqu keçirilirsə, burada seçiləcək formatın formalaşması elə də asan məsələ deyil: "Etiraf etmək lazımdır ki, müxalifət yekcins durumda deyil. Bu mənada müxalif kimlik məsələsi də sual altındadır. Hətta bir çoxları açıq şəkildə bəyan edirlər ki, sertifikat gətirmək lazımdır ki, o adı əldə edəsən. Çünki, illər ərzində orada müəyyən mənada özlərini əsas, öncül və yaxud da ana müxalifət sayanlar özlərini digəriləri üzərində üstün qərar haqqı əldə etmiş kimi aparıblar. Bu mənada hansısa mövzular ətrafında siyasi qüvvələrin polemikası, dəyirmi masası, diskusiyasıları keçirilməsi üçün əgər təşkilatı bir komitə yaradılsa, ondan sonra dialoqdan bəhs etmək olar.
Belə komitə müxalif düşərgədə hələ olmadığından dialoq məsələsində problemlər yarana bilər. Önəmlisi Azərbaycanda siyasi sistemdə barış ruhunun ən yüksək səviyyədə saxlanılmasıdır. Ötən günlər ərzində ölkə başçısı media nümyəndələrinə mənzillərin verilməsində bilavasitə iştirak etdi və bir daha da vurğuladı ki, burada müxtəlif siyasi əqidələri daşımalarına baxmayaraq, heç kəsə fərq qoymadan addım atılıb. Bu, digər barışmaz mövqedə dayanan qüvvələr üçün mühüm bir mesaj olmalı idi. Əlbət ki, Əli Həsənovun bəyanatına qarşılıq veriləcək, reaksiyalar bildirələcək. Ondan sonrakı dönəmdə, ən azı seçki öncəsi heç olmasa, iqtidarla müxalifət dialoqunu keçirmək mümkün olacaq".
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirir ki, həmişə müxalifət siyasi proseslərdə özlərini gündəmə gətirmək üçün bütün vasitələrə əl atır: "Burada xüsusi ilə radikal müxalifətin bütün hərəkətləri Azərbaycan dövlətçiliyinin zəiflədilməsinə xidmət edir. Çünki, onlar Azərbaycanın qüdrətli olmasını istəməyən dairələrin diqtəsi ilə oturub - dururlar. Azərbacan dövləti isə bütün siyasi qüvvələrlə dialoqa hazırdır. Ancaq bu, Azərbaycan dövlətçiliyi ilə bağlı olan məsələləri əhatə edən dialoq kimi başa düşülməlidir. Yəni, burada əsas məsələ dövlətçilik olmalıdır. Bundan kənar mövqe sərgiləyən heç bir mərkəzlərlə iqtidar bir masa arxasında oturmaz. Dövlətçilik bütün səviyyələrdə qorunmalıdır. Eləcə də, Azərbaycan müstəqil siyasət həyata keçirən bir dövlətdir. Dövlətimizin unikallığı da ondan ibarətdir ki, bu müstəqil siyasətin bir mənası var: dövlətçilik, vətəndaş rifahı. Bu kontekstdə istənilən dialoqu aparmaq mümkündür. Ancaq dövlətçiliyə qarşı addım atanlar varsa, iqtidarın qapıları onların üzünə bağlıdır. Onlarla heç bir dialoq aparmaq mümkün deyil".