Əlaqə Arxiv
news Image
2020.08.13
09:15
| A A A
Ermənilər Belarusa da xəyanət edir
Başqalarının işinə qarışıb özlərinə alibi qazanmaq siyasi dəllallıqdır

Bu günlər dünya siyasətçilərinin və mətbuatının diqqəti Belarusda baş tutan prezident seçkilərinə yönəlib. Prinsipcə, bu işdə qeyri-adi heç nə yoxdur. Hər bir ölkədə keçirilən dövlət başçısı postuna seçkilər diqqət mərkəzində olur. Amma məsələ burasındadır ki, kim hansı konteksdən öz fikrini şərh edir.
Seçkilər bitib, əvvəlki prezident Aleksandr Lukaşenko yenidən ölkəsinin rəhbəri seçilib. Əksər dövlət başçıları ona təbriklərini göndərib, yeni dövr prezidentliyi üşüm uğurlar arzulayıb. Hətta Ermənistanın baş naziri, yəni hökumətin əsas fiquru Nikol Paşinyan da Aleksandr Lukaşenkoya “ürək” sözlərini çatdırıb. Amma erməni mətbuatında başqa dövlətdə baş verən proseslərə qəsdən skeptik yanaşma davam edir. Erməni jurnalistlər elə politoloqların, xarici müşahidəçilərin fikirlərini tirajlayırlar ki, onlar Belarus hakimiyyətini yalnız tənqid edir, seçki prosesinin qaranlıq cəhətlərini qabartmaqdan sanki, ləzzət alırlar.
Təbii ki, Belarus Respublikası, o cümlədən Aleksandr Lukaşenko bütün parametrlər üzrə “aydan arı, sudan duru” deyillər. Lakin söhbət, ümumiyyətlə, qərəzli yanaşmadan gedir ki, ermənilər də bu cəhətdən həmişə seçilirlər. Səbəb də məlumdur. KTMT-də ermənilərin aqressiv arzularının qarşısına sədd çəkənlərdən biri Lukaşenkodur. Bu respublikanın dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü də dəstəkləyir. Bu bütövlüyü pozan isə Ermənistan dövlətidir.
Bu məsələ üçün qələmə sarılan erməni jurnalist Məryəm Qriqoryan məsələnin gözünə Rusiyanı da qatır və bununla sübut edir ki, əslində o, Qərbə işləyir. Baş verənləri şərh etmək üçün Çexiyadan olan politoloqa müraciət etməsi də bu fikri gücləndirir. Çünki, onun məqsədi demokratiya və ya insan hüquq və azadlıqları olsaydı, onda birinci elə Ermənistandakı vəziyyətdən başlayardı.
M.Qriqoryan yazdığı məqaləyə “Xalqlarına qarşı rəngli inqilablardan qorxmuş liderlərin həmrəyliyi” sərlövhəsini qoyub. Müəllif Lukaşenko və Putin haqqında məhz belə düşünür. Bu rəyini məqalənin içərisində inkişaf etdirməyə çalışır. Jurnalistin sualını cavablandıran Çarlz Universitetinin (Praqa) beynəlxalq məsələlər üzrə eksperti Aleksey Kajarski deyir ki,  Belarusiyadakı ( müəllif, hətta “Belarus” adını da belaruslular kimi yox, rusların dedikləri kimi yazır-qeyd bizimdir) bu seçkilər tarixi sayılmalıdır. Ona görə ki, cəmiyyət dağılıb, hökumət köhnəlib və əvvəlki kimi əkəsəriyyətin dəstəyini ala bilmir. Qəribədir, prezident seçilib, əksəriyyət onu qəbul edir və müxalifət etiraz nümayişi keçirir, hərçəndi bu, tamamiləməqbul haldır, amma xarici ekspert birtərəfli qaydada etirazçıları müdafiə edir və xarici jurnalist də bunu yayır. Adamın yadına, “Sərhədsiz reportyorlar”ın Azərbaycana qərəzli münasibətindən ayrı bir şey düşmür.
Daha sonra Qriqoryan Putinin təbrikinin “başına ip salıb oynatmaq” arzusuna keçir: “Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün səhər Aleksandr Lukaşenkonu təbrik etməyə tələsdi. Təbrik mesajında, xüsusən Putin Lukaşenkonun fəaliyyətinin “Avrasiya İqtisadi Birliyi və MDB vasitəsilə inteqrasiya proseslərini qurmaqla yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı hərbi-siyasi əlaqələri” bütün sahələrdə əməkdaşlığa töhfə verəcəyinə ümid etdiyini bildirdi. Rusiya lideri, bu, “şübhəsiz, iki ölkənin qardaş xalqlarının əsas maraqlarına cavab verir” cümləsini də sözlərinə əlavə etdi”.
A.Kajarski buna da şərh verir və elan edir ki, hər iki prezident diktatordur: “Diktatorların öz xalqlarına qarşı “həmrəyliyi” var. Buna görə də, bu, təmkinli olsa da, dəstəkdir”.
Təsadüfi deyil ki, ABŞ Belarusdakı seçkiləri tanımayıb. Aydın görünür ki, ermənilərin cəhdləri Sorosun cibindən çıxır. Amma həmin cibdən çıxan Paşinyan nə edə bilib ki, jurnalistlər də yazıları ilə nəyəsə nail ola bilsinlər. Əvəzində ermənilərin haqsız tələbləri, təcavüzkar siyasətləri növbəti zərbələrini alacaq. Qoy, hələ bir “Batka”nın başı bu dolaşıq situasiyadan açılsin.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz