Əlaqə Arxiv
news Image
2020.08.14
15:50
| A A A
Ermənistanın silahlanması
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Belə ki, Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırlandığını gösətərən bəzi faktlar mövcuddur. Bunlardan biri də məhz döyüş başlamazdan bir neçə gün əvvəl Ermənistanın Serbiyadan çoxsayda silah-sürsat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatları alıb. Serbiyanın belə bir addıma yol verməsi Azərbaycan tərəfindən anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Belə olması da normal idi. Çünki Azərbaycan Serbiya dövlətinin çətin günlərində hər zaman dəstək olub. Hətta bir neçə ay əvvəl korona virusla mübarizə üçün rəsmi olaraq Bakı Belqrada hümanitar yardım göndərmişdi. Həmçinin Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.
Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası tez bir zamanda özünü birüzə verdi. Azərbaycan Xarici İşlər Nazirliyinin(XİN-nin) mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və Serbiyanın  Ermənistana dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan rəhbərliyində və xalqında dərin təəssüf hissi doğruduğunu bildirib.  Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana  yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. O jurnalistlərə deyib ki,  “Mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”.
Bununla yanaşı Rusiyadan da iyul ayının 17-dən avqustun 4-nə qədər Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Bu ölkələrdən olan Qazaxıstan və Türkmənistan Azərbaycanla münasibətlərinin yaxşı olmasına baxmayaraq, Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Hətta Rusiya bu silahları bazar qiymətinə deyil, daxili bazar qiymətinə verdiyi üçün Ermənistan üçün daha sərfəli hesab olunur. Hələ Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil..
Avqustun 12-sində ölkə başçıları arasında telefon zəngi olub. Azərbaycan Prezidenti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Ermənistanın Azrbaycana qarşı törətdiyi təxribatlar haqqında danışıb və həmçinin Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu və bu məsələnin tez bir zamanda aydınlaşdırılmasını vurğulayıb.
 Güllü Səfərova
 Nəsimi rayon gənci.
Sizin Reklam Yeriniz