Əlaqə Arxiv
news Image
2020.08.14
17:16
| A A A
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı

1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən sonra müdafiə məqsədilə Rusiya ilə hərbi-siyasi əməkdaşlıqlar yaradıb.1992-ci ildə də Rusiyanın təşəbbüsü ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub.Lakin yaxın tarixə baxsaq Tovuz istiqamətində baş verən döyüş zamanı üzv olduğu KTMT dövlətlərindən Rusiyadan başqa heç bir dövlət öz dəstəyini  bildirməmişdir. Bu da Ermənistanın KTMT-dəki gücsüzlüyünün əlamətidir.
           Tovuz istiqamətində gedən döyüş zamanı Ermənistan dövlətinə Serbiyadan silah-sursat o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Serbiya hökümətinin bu addımı Azərbaycan tərəfindən birmənalı qarşılanmadı. Buna görə də Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Xarici İşlər Nazirliyinə çağırıldı. Bu hadisədən sonra Avqustun 7-si Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə telefnla danışarkən Ermənistanın Serbiyadan aldığı silahları Azərbaycana qarşı istifadə etməsinə görə Serbiya prezidenti təəssüf hissi keçirdiyini bildirib.Həmçinin Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdir.Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. 
        Ermənistana digər yardım isə Rusiya tərəfindən göstərilmişdir. İyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb.Son günlərdə Rusiya Ermənistana xeyli silah verib. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.
         Bu yardımı göstərdiyinə görə avqustun 12-sində hər iki dövlətin prezidentləri: İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı baş vermişdir. İlham Əliyev 12-16 iyul tarixlərində baş vermiş döyüşlər haqda məlumat vermiş,şəhid olmuş hərbiçilərimizin və mülki vətəndaşımızın olduğunu vurğulayıb. Prezident bildirmişdir ki,  Rusiyanın Ermənistanı silahlandırmağı Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurub. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Əhmədli Xəmməd
Nəsimi RİH könüllüsü

 

Sizin Reklam Yeriniz