Əlaqə Arxiv
news Image
2020.08.18
09:00
| A A A
Ermənistanın təxribatları onun izolyasiyasını möhkəmləndirir
Bu işdə Rusiyanın regiona təsir imkanları da az rol oynamır

Tovuz təxribatını törədən işğalçı Ermənistan nəinki qarşısına qoyduğu məqsədə çata bilmədi, hətta uzun illərdir Azərbaycanın yaratdığı blokadası daha də sərtləşməyə məruz qaldı. Çünki məlum olur ki, bir sıra dövlətlər dolayısı ilə, hətta bilmədən bu təxribatın iştirakçılarına çevriliblər və Azərbaycana blokadanı zəiflədən nöqtələr məlum olub. Həmin ölkələr sırasına ilk növbədə Serbiya, Gürcüstan və daha sonra Qazaxıstan, Türkmənistan və İran daxildirlər.
Ermənilərin təxribatı nəticəsində sərhəddə baş verən döyüşlər zamanı ələ keçirilmiş sursatlarda istifadə edilən mərmilərin və silahların bir qisminin Serbiya istehsalı olması ortaya çıxıb. Bu necə ola bilər ki, Azərbaycanın dostu Serbiya onun düşməni Ermənistana silah satsın. Bu yandan da Azərbaycanın çox yaxından yardımı və əməkdaşlığı sayəsində ayaqüstə durmağı bacaran və əhalisinin sosial vəziyyətini yaxşılaşdıran Gürcüstanın öz ərazisindən Ermənistana silah daşınmasına yol verməsi bu ölkələrə ciddi qınaq gətirdi. Amma daha təsirli qınaq obyekti Qazaxıstan və Türkmənistan şərqdən, İran cənubdan Ermənistana uçmaq üçün Rusiya hərbi təyyarəsinə yol vermələri səbəbincə baş verdi. Böyük Türk birliyinin üzvləri olan ölkələrin bu işə necə razılıq vermələri nəinki təəccüb, hətta hiddət doğurur. İranın isə ikiüzlü siyasəti bizə çoxdan məlumdur.
Hadisə baş verib və sonra da faş olub. Gürcüstan və Serbiya məsələsi həllini tapıb. Birincisi sübut edib ki, silahlar onun ərazisindən daşınmayıb. Serbiya Azərbaycana dostluğunu və sədaqətini ifadə edən faktlar və sübutlarla ölkəmizə sanballı elçi heyəti göndərib. Qazaxıstan və Türkmənistan isə nəvbədədir. Düzdür, Rusiya təyyarəsinin bu ölkələrinin ərazisindən keçməsi normal haldır. Çox ola bilər ki, təyyarınin yükü barədə həmin ölkələrin səlahəiyyətlilərinin dəqiq məlumatı olmasın. Məlumdur ki, Rusiya tərəfi çətin ki, bu ölkələrin müvafiq orqanlarına gördüyü fəaliyyət barədə ətrafl hesabat versin. Amma baş vermiş hadisə ciddi təşviş doğurur və Azərbaycan tərəfdən müəyyən tədbirlərin görülməsi vacibdir və bu iş həllini tapacaq. Ən azından Türk Şuraslnın iclasında məsələnin ikitərəfli və ya açıq çəkildə müzakirəsi baş tutmalıdır. Ona görə ki, bu cür hadisələrin təkrarlanması ehtimalı olduqca güclüdür.  Başqa bir məsələ odur ki, “dost arası pak gərək”. Münasibətlərin gələcəkdə korlanmaması üçün mütləq işdə aydınlıq olmalıdır. Əmin olmaq olar ki, hər iki dövlət Azərbaycanın iradlarını diqqətlə araşdıracaq və birlik nümunəsi sərgiləyəcəklər.
Faktlara görə Azərbaycanın sərgilədiyi diplomatik fəallıq Ermənistanın blokadasını daha da möhkəmləndirir. Belə ki, Prezident İlham Əliyevin bu məsələ ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə telefon açması və mövzunu gündəmə gətirməsi düşmənə ciddi siqnal olmalıdır.

Azərbaycanın Rusiya rəhbəri qarşısında bu işlə bağlı etirazını bildirməsi ölkəmizin siyasi nüfuzunun yeni göstəricisi sayıla bilər. Heç şübhəsiz, əlaqədə olduğumuz dövlətlərin rəhbərləri bunu gözdən qaçırmırlar. Ermənistan da həmçinin, anlayır ki, onun təxribatçı əməlləri özünə qarşı çevrilən güclü təzyiq yaradır. Məsələn, BBC kanalının dünyanın 200 ölkəsində izlənən və 80 milyonluq auditoriyaya malik “Sərt söhbət” verilişində Ermənistanın əsas siyasi fiquru, baş nazir Nikol Paşinyanın bir rəhbər kimi darmadağına məruz qalması bunun bariz gösrəricisidir.

Tovuz təxribatına görə dünyanın əksər inkişaf etmiş bölgələrində Azərbaycana dəstək aksiyalarının keçirilməsi də işğalçıyaq qarşı ümumi mübarizənin tərkib hissəsidir.
Bunların ardınca Qazaxıstan və Türkmənistandan da Ermənistana qarşı bəzi məhdudiyyətlərin qoyulması gözləniləndir. Məsələn, bəzi məhsulların idxal-ixracında azalmalar baş verə bilər. Bu isə Ermənistan iqtisadiyyatı üçün böyük zərbəyə çevrilər.
N.NOVRUZ

Sizin Reklam Yeriniz