Əlaqə Arxiv
news Image
2020.08.18
13:45
| A A A
Belarusda ŞOK İSTEFA - Etirazçıların tərəfinə keçdi
Belarusdakı etirazlara dəstək verən bu ölkənin Slovakiyadakı səfiri İqor Leşenya istefa verib. Mövqe.az xəbər verir ki, diplomatın özü bunu "məntiqi addım" adlandırıb. "Mən həqiqətən istefa verdim. Bu, məntiqli addımdır, çünki hazırkı prezident Aleksandr Lukaşenko tərəfindən səfir təyin edilmişəm və onun müəyyən etdiyi bir siyasət aparmalı olduğum güman edilir. Xarici İşlər Nazirliyi hesabatımda ifadə olunan vətəndaş mövqeyimin bu çərçivədən kənara çıxdığını düşünür", - Leşenya bildirib. Bundan əvvəl, Leşenya videomüraciətində dinc aksiyalarla çıxanlarla həmrəy olduğunu demişdi.
Sizin Reklam Yeriniz