Əlaqə Arxiv
news Image
2020.08.26
08:28
| A A A
Biləsuvarda Cəbrayıl, Füzuli və Qubadlı rayonunun işğalının 27-ci ildönümü ilə əlaqədar onlayn konfrans keçirilib
Cəbrayıl, Füzuli və Qubadlı rayonunun işğalının 27-ci ildönümü ilə əlaqədar onlayn konfrans keçirilib

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Cəbrayıl, Füzuli və Qubadlı rayonunun işğalının 27-ci ildönümü ilə əlaqədar onlayn konfrans keçirilib.

Mövqe Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, tarix müəllimi Arif Ağazadə, rayon gəncləri və könüllülər iştirak ediblər.

Bildirib ki, 1993-cü ilin 23 avqustunda Cəbrayılı və Füzulini, 31 avqustda Qubadlını ələ keçirən ermənilər, işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar törədib, yerli sakinləri doğma torpaqlarından didərgin salıblar. BMT Təhlükəsizlik Şurası hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının işğal etdikləri Füzulidən, Cəbrayıldan, Qubadlıdan və digər ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamə qəbul etsə də, bu qətnamələrin heç biri indiyədək icra edilməyib, kağız üzərində qalıb.

Sizin Reklam Yeriniz