Əlaqə Arxiv
news Image
2020.08.26
20:12
| A A A
ABŞ Çin şirkətlərinə sanksiya tətbiq etdi
Çinin 24 dövlət şirkəti və onların rəhbər şəxsləri sanksiyaya məruz qaldı

ABŞ Çin hökumətinin Cənubi Çin dənizindəki ərazi iddialarını həyata keçirməkdə istifadə etdiyi 24 dövlət şirkətinə və onların rəhbər şəxslərinə qarşı viza və ixracat məhdudiyyətləri tətbiq edib.

“Report” xəbər verir ki, ABŞ-ın Ticarət Nazirliyi açıqlamasında həmin şirkətlərin Çinin bölgədəki “mübahisəli əraziləri ələ keçirərək silahlandırmaq” fəaliyyətlərinə kömək etdikləri bildirilir.

“Birləşmiş Ştatlar, Çinin qonşuları və beynəlxalq birlik Çinin Cənubi Çin dənizinə iddialarına qarşı çıxır və Çin hərbisi üçün süni adalar tikintisini pisləyir. Çin tərəfindən bu adaların təxribatçı tikintisində həmin qurumların əsaslı rolu müəyyənləşdirilib və onlar cavabdeh hesab olunmalıdır”, - ABŞ-ın ticarət naziri Uilbur Ross bəyanatda qeyd edib.

Sizin Reklam Yeriniz