Əlaqə Arxiv
news Image
2020.08.27
07:13
| A A A
Kolon kolondur, 5-ci də 5-ci, hər şey gün kimi aydındır
Bir-birinə qara yaxmaq kolonçuların iş prinsipidir


 

Azərbaycan cəmiyyətində o tərəf bu tərəfli  növbəti fəallaşma baş verdi. Bu zamanın tələbləri ruhunda baş verən təbii prosesin tərkib hissəsidir. Amma prosesdə yad notlar da var ki, bunu da təbii hesab etmək gərəkdir. Kolonçulara məxsus çamurçuluq baş alıb gedir. O deyir, sən 5-cisən, bu deyir, yox, 5-ci sən özünsən. Ancaq bir həqiqət var ki, həyatda heç nə elə-belə, özbaşına yaranmır. Hər şey məqsədyönlü şəkildə kimlərinsə mənafeyi baxımından qoşulub düzəlir.
Azərbaycanda “5-ci kolon” adlanan güruhun ölçüsü-biçisi çoxdan məlumdur. Həm üzdə olanların, həm də gizlində iş aparanların. Gizli sayılanlar xalqdan gizlənə bilirlər, xüsusi xidmət orqanlarında isə onların  dosyelərini əzbərdən bilirlər. Bu sırada bir də var, nə ondan, nə bundan olmayanlar ki, sadəlövhlər də onları kolonçular sırasına aid edirlər. Buna görə də “ara qarışıb, məzhəb itəndə” ayrı-ayrı qruplar rəqiblərindən qisas almaq üçün başlayırlar bir-birlərini ittiham etməyə. İndi də belə bir proses gedir.
Məsələnin mahiyyətini anlamaq üçün sosial şəbəkələrdəki çıxışları izləmək kifayətdir. Əyninə 8-ci km bazarından alınmış köhnə əsgər paltarı geyinib özünü xalqın təəssübkeşi cildinə salaraq ağzına gələni danışıb "youtube" kanalına abunəçi toplayanlar bu mövzuda gərəkdir ki, sizi aldatmasın. Onlar baqqaliyyə dükanının baqqallarından başqa bir şey deyillər. Amma ABŞ-da oturub Azərbaycan həqiqətlərini təhrif edən Sevinc Osmanqızı kimilərini də həmin baqqallardan ayırmaq bacarığı hər kəsdə yoxdur. Bu yaxınlarda Sevinc xanımın okeanın o tayına kimlərin vasitəçiliyi ilə və hansı yoollarla gedib çıxmağı barədə mətbuatda müfəssəl informasiya yayılmışdı. Bax, bu yolun yolçuları məhz 5-ci kolonun nümayəndələridir. Bunlardan bir qismi Amerikada, bir qismi Avropada, bir qismi Rusiyada nə nəhayər bir qismi də Azərbaycandadır.

Hamısının da məqsədi birdir: aldıqları vəsait, dəstək müqabilində Azərbaycan dövlətçiliyini zəiflətmək və təhdid etmək, bir sözlə, əcnəbi dəstəkçilərin xeyrinə casusluq.
5-ci kolonun ən aşkar nümayəndələri radikallardır. Onlar fırıldaqçılıqdan tutmuş xəyanətə qədər hər şeyə hazırdırlar, təki havadarları onlara hakimiyyət vəd etsinlər. Əsas da vaxtaşırı muzdlarını ödəsinlər. Özlərini “milli şura” adlandıran dəstənin videoformat çərçivəsində keçirdikləri iclaslar bugünümüzdə baş verir. Onlar nəyi müzakirə edir, nədən danışırlar, hamımız bilirik. Xalq gecə-gündüz çalışıb yaşamaq üçün pul qazandığı vaxt onlar işləmədikləri halda sosial şəbəkədə lağlağılıqla keflərini açır, deyir-gülür və... xalqı təhqir etməkdən də çəkinmirlər. Çünki, işləmədən, əziyyət çəkmədən pul əldə edirlər. Amma nə olsun, elə bilirlər həyatda nə isə qazanırlar, əslində isə yalnız fiziki cəhətdən mövcuddurlar, mənən yoxluqdan ibarətdirlər.
Azərbaycanda 5-ci kolonun ən güclü qanadı Rusiyaya məxsusdur. Bunu da təbii qəbul etmək lazımdır. Bu ölkə dünənə qədər bizim üçün imperialist ağa idi. İndi isə ölkələrimiz bərabərhüquqlu tərəfdaşdırlar. Bizim üçün bu nə qədər fəxrdirsə, Kremlin ambisiyalarına görə Rusiya üçün  bir o qədər alçaldıcıdır. Axı, 30 il əvvələ qədər Moskvadan gələn göstərişlər Azərbaycanda düşünülmədən yerinə yetirilirdi. Təəssüf ki, şimal qonşumuz hələ də köhnə təsəvvürlərdən tam yaxa qurtara bilməyib. Üstəlik, köhnə əyyamlardan qalan bəzi azərbaycanlı məmurlar da “ağa-qul” havası ilə yaşayırlar. Onlar üçün idarəçilik sovetlərdə idi. Müasir çağırışları qəbul edə bilməyən belələri özləri də hiss etmədən Kremlin ambisiyalarına dəstək vermiş olurlar. Yox, şüurlu surətdə Moskvanın xeyrinə çalışanlar da var. Belələri vaxtilə DTK tilovuna düşənlər, o zamanın təsiri ilə rus təfəkkürünə sahib olarlardır və başqa cür yaşamağı təsəvvürlərinə gətirə bilmirlər. Ancaq kim nəyə görə hərəkət edirsə, hərəkətinin məzmununa görə də məsuliyyət daşıyır. Azərbaycan müstəqil dövlətdir və onun dövlətçiliyinə qarşı işləyənləri cəzalandırmaq da daxili işidir. Kimin kimə 5-ci kolon damğası vurmasından asılı olmayaraq, kimin real, kimin böhtan sayəsində kolon üzvü sayılmasından asılı olmayaraq, dövlətçiliyimiz ali məqamdır və ona xəyanət edənlər ifşa olunmalıdır.
Bəzən adama elə gəlir ki, 5-ci kolon üzvlərinin adbaad açıqlanması cəmiyyətimizə nə isə verər. Amma, çətin! Bu, yalnız qarmaqarışıqlıq yaradar. Cəmiyyətdə elə ab-hava yaratmaq gərəkdir ki, satqınlar özləri sürüşüb aradan çıxsınlar. Aparılan islahatlar bu istiqaməti ehtiva edir.
N.NOVRUZ  

Sizin Reklam Yeriniz