Əlaqə Arxiv
news Image
2020.08.27
07:35
| A A A
Ermənistanda hərbi və siyasi isterika pik həddə çatır
Müdafiə naziri və politoloqlar ağıllarına nə gəldi danışırlar


 

Bu günlərdə Azərbaycan səfər edən Rusiyanın müdafiə naziri,  ordu generalı S.Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması barədə son zamanlar mətbuatda yayılan məlumatlara münasibət bildirərək qeyd edib ki, bu hərbi daşımalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. O, xüsusilə qeyd edib ki, Rusiya bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq.
Elə bu ərəfədə  Rusiyanın “Zvezda” televiziyasına müsahibəsində Ermənistan Müdafiə naziri David Tonoyan deyib: “Bizim çox yaxşı dinamikamız var. Ermənistan Rusiya ordusunun silahlanmasında olan müasir və modernləşmiş sistemləri alır. Biz geri qalmamağa çalışırıq. Ona görə ki, bizim düşmənlərimiz təxminən eynidir”.
İndi biz kimə inanmalıyıq: Şoyqudan canlı olaraq qulaqlarımızla eşitdiklərimizə, yoxsa düşmən ölkənin təcavüzkar ordusuna rəhbərlik edən şəxsə? Təbii ki, Sergey Şoyqu daha məsuliyyətlidir və sözlərinin də sanbalı var. Tonoyanın korazehinliyi aydın görünür ki, o həddən ziyadə erməniliyə aludə olduğundan dünyada gedən prosesləri anlamır və Rusiya-Türkiyə, Rusiya-Azərbaycan münasibətlərinin hansı məcrada inkişaf etdiyini görmür.
Ümumiyyətlə, indi Ermənistan hökuməti və ermənilik intriqasının tərəfdarları isterik vəziyyətdə nə edəcəklərini bilmirlər. Buna görə ağızlarının danışığını da itiriblər. Müdafiə naziri Moskvada Azərbaycanı ölkəsi ilə birlikdə Rusiyanın düşməni adlandırır, amma bilmir ki, hazırkı situasiyada Rusiya Azərbaycanı sevdi, ya sevmədi onunla dostluq etmək zorundadır, çünki, bunu geosiyasət tələb edir. Türkiyə ilə də həmçinin. Normal halda, yəqin ki, müdafiə naziri belə ağ yalana əl atmazdı.
İrəvanda isə politoloq Levon Şirinyan Tovuz təxribatında itirdiklərini dilə gətirib hərbçiləri avantüradan çəkindirmək əvəzinə qələbədən danışır. Müdafiə nazirindən fərqli olaraq politoloq Rusiyanı düşmən gözü ilə qiymətləndirir və Ermənistanı Güney Qafqazın strateji qüvvəsi kimi qələmə verməyə çalışır. Jurnalistin Rusiya XİN naziri Sergey Lavrovun danışıqlar stoluna qayıtmaq çağırışları barədə sualına Levon Şirinyan belə cavab verir: “Rusiyanın müdaxiləsi yalnız bir məqsəd güdür – daim maneələr yaratmaq. Rusiya Qafqaza gəldiyi vaxtdan belə mövqe sərgiləyir. İndi ajiotaj daha böyükdür: erməni tərəfi uğur qazanan kimi onlar həyəcanlanmağa başlayırlar. Bizim geri qaytardığımız mövqelər onları o qədər də sevindirmir, ona görə də Lavrov belə danışır, bu sərhəd xətti Kür-Araz boru kəmərlərinin cəmi 15 kilometrliyindən keçir. Ermənistan üçün mühüm olanlar, onlar üçün pisdir”.
Bundan sonra, danışdığı yalanlara görə istehza ilə “Şirinbala” adlandırılmağa layiq olan erməni politoloq Ermənistan silahlı qüvvələrinin daha mütəşəkkil təşkil olunması haqda xülyalara qapılır. Ancaq unudur,desin ki, onların sərhəddəki təxribatda hansı üstünlükləri olub. Məsələn, Azərbaycan tərəfi sərhəddi pozan ermənilərin neçə nəfərinin öldüyünü eləcə erməni ictimai təşkilatlarının siyahısına əsasən açıqlayıb. Düşmənin vurulan hər bir hərbi texnikasının şəklini yaxud vurulma anını əyani göstərən videosunu yayıb. Ancaq “mütəşəkkil” erməni silahlı birləşmələrinin Azərbaycan tərəfi haqda uydurulmuş sahibsiz və köhnə-kürüş UAZ maşınının bulanıq fotosundan başqa bir şey təqdim edə bilməyib.
Bu cür danışıqların sayını kifayət qədər çoxaltmaq olar. Bunlar  o qədər də vacib deyil. Vacib olan ermənilərin silahlı qüvvələrini artıqmaq üçün canfəşanlıq etmələri, hərbdən danışaraq öyünmələridir. Bu da onun sübutudur ki, düşmən sülh istəmir. Hətta sözü ilə oturub-durduqları Sergey Lavrovun da danışıqlar çağırışına məhəl qoymurlar. Belə olan halda nəticə birdir: müharibə! Erməniləri yalnız zorla sülhə gətirmək olar. Özbaşlarına qalsalar onlar qandan qorxduqları üçün qan tökməyi sevirlər. Hazırkı vəziyyət onu diqtə edir ki, Bakı torpaqlarının azadlığı üçün hazır olduğu hərbi yolu vasitəçilərin iştirakı ilə təsbit etməyə çalışır.
N.NOVRUZ

Sizin Reklam Yeriniz