Əlaqə Arxiv
news Image
2020.08.27
15:44
| A A A
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəsətyi Şurasının təşəbbüsü ilə Prezident Adminstrasiyasının şöbə müdiri "İctimai Liderlər Platforması"nın üzvlərilə onlayn görüşüb

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu "İctimai Liderlər Platforması"nın üzvləri ilə onlayn görüş keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezidentin köməkçisi Hikmət Hacıyevə QHT-lərlə görüşdüyünə görə təşəkkür edib və bu təşəbbüsün QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağına və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. H. Hacıyev QHT sektorunun ölkəmizin ictimai həyatında fəal iştirakını vurğulayıb, hökumətin QHT-lərlə dialoqun genişlənməsində və QHT-lərin diqqətində olan məsələlərin müzakirəsində maraqlı olduğunu bildirib. O, vətəndaş cəmiyyəti institutlarının ölkəmizin dayanıqlı sosial iqtisadi inkişafı, vətənpərvərliyin gücləndirilməsi, milli maraqlarımızın qorunması, həmçinin təhsil, humanitar və ictimai əhəmiyyət daşıyan digər sahələrdə mühüm roluna toxunub, dövlət başçısının qeyd etdiyi kimi, ictimai nəzarət mexanizmlərinin və onun tətbiqinin səmərəliliyinin artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin sədri Şahin Rəcəbov  Mövqe.az-a bildirdi ki, görüş olduqca pozitiv atmosferdə keçdi və ümidverici təsir bağışladı: "Bu belə formatda ilk görüş idi. Görüş pozitiv təsir bağışladı. Hikmət müəllim hər kəsi dinlədi, bu sektorun problemlərinin həllində, vətəndaş cəmiyyətinin inkişafında dövlətin maraqlı olduğunu bildirdi. Görüşdə vətəndaş cəmiyyətinin inkişafının bir çox mühüm problemlərinə, QHT-ləri narahat edən məsələlərə toxunuldu, Hökumət - QHT münasibətləri, milli, dövlətçilik maraqları, QHT-lərin institusional inkişafı, qanunvericilik, ictimai nəzarətin gücləndirilməsi, beynəlxalq platformalardaki fəaliyyət, QHT-lərin maddi-texniki problemləri və maliyyə məsələləri,  onların kadr bankı, ictimai kadrların dövlət idarəçiliyinə cəlbi, ictimai işin elmi tədrisi və s.məsələlər diqqətə çatdırıldı.

Qeyd olundu ki, bu ilk görüşdür. İxtisaslaşmış təskilatlarla da görüş keçiriləcək. Prezident köməkçisi bildirdi ki, Prezident, Dövlət, Vətəndaş cəmiyyətinin inkişafında maraqlıdir və ictimai nəzarətin gücləndirilməsi Prezidentin əksər çıxışlarında xüsusilə vurğulanır. Qaldırılan  məsələlərin qeydə alındığı, problemlərin həlli üçün bütün mümkün addımların atılacagı bildirildi".

QHT sədri onu da qeyd edib ki, şəxsən ona dövlət rəsmisinin məsələlərə yanaşma tərzi çox pozitiv təsir bağışladı: "Düşünürəm ki, Vətəndaş cəmiyyəti sektoru öz inkişafının yeni mərhələsinə daxil olacaq. QHT-lərin fəaliyyətinə diqqət artırılacaq və bu fəaliyyət genişlənəcək".

Sizin Reklam Yeriniz