Əlaqə Arxiv
news Image
2020.08.28
08:26
| A A A
Məmurları özbaşınalığa təhrik edən səbəblər aradan qaldırılır
Mümkün olmayan müşkül yoxdur, təki ortada aydın məqsəd olsun

 

Hazırda Azərbaycanda həbs edilən yaxud istintaq altında olan yüksək çinli məmurlar o qədərdir ki, saylarını yadda saxlamaq da olmur. Onların sırasında bütün strukturlardan olan kadrlar var.

Amma saxtakarlıq edilən iş sahələrinin palitrası rəngarəng olsa da, mahiyyətcə eyni cinayətə söykənir: korrupsiya, vəzifə səhiyyətlərini aşma, əhalini incitmə, dövlət əmlakını mənimsəmə və sairə. Həbslər islahatların gedişində meydana çıxır və yeni tələblərə cavab verən strukturun qurulmasına xidmət edir. Belə ki, yenilik aşkarlıq və korrupsiyanın kökünü kəsmək istiqamətində baş verir. Təbii ki, işində nöqsanlar olan vəzifəli şəxslər baş verənlərlə ayaqlaşa bilmədikləri təqdirdə əməllərinə görə qanun qarşısında cavab verməli olurlar. Qanun isə rüşvətxorluğu cinayət kimi təsbit edib və buna görə həbs cəzasını ehtiva edir.
Sosial Tədqiqatlar Mərkəzini idarə edən heyətin sədri Zahid Oruc mətbuata açıqlamasında icra başçılarının həbslərində "bölgələrdən gələn siqnalların, məlumatların" rol oynaması barədə gümanını bildirib. Təbii ki, bu faktlar barədə onun məlumatlı olmağı aydındır, çünki, təmsil etdiyi qurum bu istiqamətdə müəyyən sorğular keçirir, ictimai rəyi müəyyənləşdirən layihələr tətbiq edir. Bu isə dövlət həyatının vacib halqasıdır. Çünki həqiqətən işləmək istəyən hökumət həmişə əhalinin arzularını ifadə edən ictimai rəyi diqqətdə saxlayır. Prezident İlham Əliyev öz siyasətində xalqın iradəsini əsas götürür və daim onlarla təmasda olmağa, ölkədə baş qaldıran ictimai problemləri onların dilindən eşitməyə üstünlük verir.
Əhalinin əziyyət çəkdiyi başlıca problemlər vəzifəli məmurların özbaşınalığı, qanunların vətəndaşlara verdiyi hüquqları tanımamaları, başqa sözlə, insanların öz hüquqlarını onlara pulla satmaları, yəni korrupsiyadır. Azərbaycan hökuməti ölkədə sahibkarlığı inkişafı üçün münbit şərait yaradıb. Dövlət iqtisadiyyatı inkişaf etdirməyə çalışanlara geniş güzəştlər tətbiq edir, bu istiqamətdə qanunları sadələşdirir, bürokratiyanı aradan qaldırmaq üçün tədbirlər görür. Bu da vətəndaş imkan verir ki, öz işini qursun, öz əməyi ilə məhsul istehsal etsin, həm dövlətə vergi ödəsin, həm də öz ailəsinin yaşayışını təmin etsin. Lakin bu şəraitdən aşağıdan yuxarı məmur təbəqəsi daim şəxsi mənafeyi üçün yararlanmağa çalışır. Təbii ki, bunun üçün dövlətin güzəştlərini tətbiq etmək üçün rüşvət tələb edir və aldıqları pulu rüşvət ierarxiyası arasında bölüşdürür. Nəticə etibarı ilə sahibkar istismar olunur. Zəhmətkeş çalışır, vuruşur zəhmətlə gəlir əldə edir və sonda özü yox, korrupsiyalaşməış təbəqə yaxşı yaşayır. Bu da vətəndaşları özəl işdən yayındırır, iqtisadiyyatı zəiflədir, dövlətin yükünü artırmaqla onu çətin duruma salır, dolayısı ilə dövlətçiliyin əleyhinə çıxış edir.  Bu hal ölkəni məhvə aparırdığına görə uzun müddət davam edə bilməzdi. Bəziləri sual edirlər ki, niyə məhz indi? Axı, bu vəziyyət dünən də var idi.

Məsələ burasındadır ki, rüşvətxor təbəqə arasında danışılmamış birlik olur və müvafiq zəmin hazırlamadan onlara qarşı spontan görülən tədbirlər ciddi fayda vermir. Azərbaycanda korrupsiyanın kökünün kəsilməsinə 10 il əvvəldən başlanılıb və xeyli irəliləyiş əldə olunub.

Hazırda gedən təmizlənmə prosesini son mərhələ də adlandırmaq olar. Çünki, problemin həlli ciddi siyasi kəskinliklə qarşıya qoyulub.  Baş verənlər isə göz qabağındadır.
Dövlət başçısının kadr təyinatları aşkarlıq prinsipi ilə həyata vəsiqə alır. Verilən tapşırıqlar ən nümunəvi əxlaq və idarəetmə kodeksinin meyarlarına cavab verir. Tələb olunan meyarlara cavab verməyən və onu pozanlar isə ciddi cəzalandırılır. Prezident İlham Əliyev bu il mayın 13-də Kəlbəcərə yeni təyin etdiyi icra başçısını qəbul edərkən tövsiyə edib ki, “tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar”. Bu dərəcədə konkret və aydın tövsiyə qarşısında regionlardakı hakimiyyət nümayəndələri məsuliyyətlərini dərk etməmiş deyillər. 
Bundan sonra əhalini incidən, qanunları pozan, məmur adını ləkələyən icra başçılarının həbsi mütləqdir. Lakin həbslər məntiqi olsa da özbaşınalığın aradan qaldırılması üçün kifayət ola bilməz. Nümunə göstərmək, maarifləndirməni, siyasi izahatı, ictimai nəzarətin əhəmiyyətini artırmaq lazımdır ki, prosesin mükəmməliyinə nail olunsun. Sözsüz ki,mərkəzi icra hakimiyyəti orqanlarının bu məsələlərdə məsuliyyəti daha da artırılmalıdır. Bir də həbslər aparılarkən nöqsanlı məmurun əvvəlki xidmətlərindən və ya yerində asılı olmayaraq, hamısının eyni dərəcədə cəzalandırılması təmin edilməlidir. Kimsə cəzasız qalacağına görə nəyəsə və ya kiməsə ümidli olmamalıdır.
N.NOVRUZ

Sizin Reklam Yeriniz