Əlaqə Arxiv
news Image
2020.08.28
08:28
| A A A
Erməni siyasətinin sabun köpüyü və həqiqətlər
Sərhədin o tayında çığır-bağır salan düşmən “quyruğu qapı arasında” qalan kimi hər şeyi etiraf edir

Bir neçə gün əvvəl cəbhənin Goranboy istiqamətində növbəti təxribat cəhdi göstərən Ermənistan silahlı qüvvələrinin bir qrup hərbçisi geri oturdulmaqla yanaşı dəstənin komandiri də əsir götürülüb. Ermənistan Müdafiə Nazirliyi hasəni ört-basdır eləmək üçün dərhal hərbçisinin guya döyüş postlarını yoxlayan zaman dumanda azaraq itkin düşdüyünü bildirsə də, sonradan əsirin etirafı bütün məsələyə tam aydınlıq gətirib. Məlum olub ki, Qurgen Alaverdyan ad-soyadlı baş leytenant Ermənistan silahlı qüvvələrinin zabitidir. İstintaqa ifadə verən erməni zabit erməni dilində danışaraq onun və komandiri olduğu dəstənin neçə nömrəli hərbi hissədə hazırlıq keçdiyini, dəstədə neçə nəfərin olduğu və hansı istiqamətdən diversiya törətmək üçün Azərbaycan ərazilərinin içərilərinə göndərildiklərni yerli-yataqlı danışıb. Onun ifadəsində ilginc məqamlar var. Belə ki, Q.Alaverdyan etiraf edib ki, o, Azərbaycan ərazilərində xidmət etməyə öz xoşu ilə gəlməyib və ümumiyyətlə bunu istəməyib. Sadəcə, hərbçi olduğu üçün əmrə tabe olaraq döyüş bölgəsində xidmət keçir.
Üstəlik, erməni komandir etiraf edib ki, bir hərbçi kimi o yaxşı bilir ki, erməni ordusu Azərbaycan Ordusuna qalib gələ bilməz. Bundan sonrakı həyatı haqda da danışan Qurgen deyib ki, o, Azərbaycanda qalmaq və qaldığı ölkəyə xidmət etmək istəyir.  
Hazırkı durumda Ermənistanın hərbi-siyasi və iqtisadi gücünün Azərbaycanla müqayisə edilməsi birincinin zəifliyi fonunda nə qədər gülünc görünsə də, hər halda vacib simptomdur. Çünki bu iki ölkə müharibə vəziyyətindədir və onlar arasında döyüşlərin hər an alovlanması yerli və beynəlxalq müşahidəçilər tərəfindən dəfələrlə vurğulanıb. Əsir zabitin etirafları göstərir ki, Ermənistanda bunu gözəl analyırlar. Çünki bilavasitə döyüş bölgəsində qulluq edən bunu dərk edirsə, onda ölkəınin hərbi-siyasi rəhbərliyi daha dəqiq məlumata malikdir. Belə olan halda sual doğur: bəs, ermənilər niyə gücləri çatmayan, uduzacaqlarını bildikləri halda sülh danışıqlarından qaçır, Azərbaycanı müharibəyə təhrik edirlər. Bu, aşkar intihara istiqamətlənmək deməkdir.

Demək, bu məsələdə strategiya və taktika ermənilərə məxsus deyil. Ən azından Qarabağı işğalda saxlamaq Ermənistan dövlətinin mənafeyinə xidmət etmir.
2016-cı ilin Aprel döyüşlərində Ermənistanın itirdikləri, aşkara çıxan yalanları və saxtakar hərbi ritorikaları hələ də istintaq altındadır. Həmin döyüşlərdə məhv edilmiş hərbi texnika, həyatını itirmiş hərbçilərə görə məsuliyyəti heç kim boynuna götürmək istəmir. Siyasilər isə xalqı aldadaraq qalibiyyətdən dəm vurur, hələ də əhalinin başına cilov salıb fırlatmaq üçün yalanlar uydururlar.
Tovuz təxribatında da həmçinin, düşmən özünü elə qələmə verir ki, sanki artıq hərbdə təşəbbüsü ələ alıb. Amma hələ də tək bir Azərbaycan əsgəri Mübariz İbrahimovun təkbaşına 30-40 erməni hərbçisini məhv etməsinin izahını verə bilmirlər. İndiki Goranbay təxribatında əsir götürülmüş sıravi yox, zabit təbəqəsindən olan hərbçinin danışdıqları və etirafları isə erməni siyasətinin sabun köpüyündən başqa bir şey olmadığını növbəti dəfə sübut edir.
Tovuz təxribatındakı məğlubiyyətdən sonra sadə erçmənilər tərəfindən sosial şəbəkələrdə yayılmış çoxsaylə video-müraciətlərdə erməni qadınları adından Ermənistanın siyasi və hərbi rəhbərliyinə çoxlu çağırışlar ünvanlanmışdı. Bu çağırışlarda erməni xalqının nümayəndələri  Azərbaycan torpaqlarının qaytarılmasını tələb edir və aydın şəkildə deyirlər ki, özünüz torpağı qaytarmasanız Azərbaycan Ordusu müharibə ilə torpaqları azad edəcək, onda isə biz hamımız atılan güllələrə tuş gəlib sizin cinayətlərinizin qurbanı olacağıq. Bunlar həqiqətdir.

Başqa bir həqiqət də ondan ibarətdir ki, haqq-ədaləti etiraf etməyə cəsarəti çatmayan Ermənistan hakimiyyəti Azərbaycanın həqiqət olan hərbi gücü qarşısında nə edəcək? Bu haqda ermənilərin ayıq başla düşünmələri vaxtı çoxdan çatıb.
N.NOVRUZ

Sizin Reklam Yeriniz