Əlaqə Arxiv
news Image
2020.08.30
18:46
| A A A
Türkiyə Prezident Administrasiyası 30 Avqust Zəfər Bayramı ilə bağlı məlumat paylaşıb
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi 30 Avqust Zəfər Bayramı ilə bağlı məlumat paylaşıb. Trend-in məlumatına görə, paylaşımda, 30 Avqust Zəfər Bayramı çoşqusunun Cumhurbaşkanlığı Külliyəsində və rəqəmsal ekran mərkəzlərində qeyd olunacağı bildirilib. Eyni zamanda, 30 Avqust Zəfər Bayramı konserti və işıqlı PUA nümayişi @tcbestepe, İctimaiyyətlə Əlaqələr İdarəsinin sosial media hesabları və TV kanallarından canlı yayımlanacaq. 30 avqust saat 20: 30-da Cumhurbaşqanlığı Külliyəsində bayram münasibəti ilə veriləcək konsertin ardından səmaya 300 PUA ilə böyük zəfər yazılacaq. Türk millətinin "Qurtuluş" savaşındakı birliyinin, səfərbərliyinin, mübarizəsinin və zəfərinin simvolu olan fiqurlar səmada əks olunacaq. 30 Avqust Zəfərinin mənasını və əhəmiyyətini unutdurmamaq üçün Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi altında millətin apardığı mübarizə vizual texnologiyalardan istifadə edilərək rəqəmsal olaraq nümayiş olunacaq. 30 Avqust Zəfər Bayramı çərçivəsində keçiriləcək konsert və işıqlı PUA nümayişinin proqram və tezlik məlumatları aşağıda qeyd olunub. Konsert: Başlama saatı 20:30 Müddət: (75 dəqiqə) Prezident Qvardiya Alayı Orkestr Komandanlığı Milli Müdafiə Nazirliyi Mehtər Birliyi Milli Müdafiə Nazirliyi Armoni Nəfəsli Orkestri Komandanlığı PUA nümayişi: Başlama saatı: 21:45 Müddət: 11 dəqiqə Tezlik məlumatı: Peyk: Türksat 3a Tezlik: 10999 MHZ Symbol Rate: 6666 Fec: 5/6 Pol: Üfüqi B.W Mhz 9
Sizin Reklam Yeriniz