Əlaqə Arxiv
news Image
2013.08.07
12:47
| A A A
İlyas İsmayılov da Milli Şuranın vahid namizədi ola bilər

Milli Şura sədri Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq məsələsi həll olunmadığından müxalifət koalisiyası alternativ namizəd axtarır

Milli Şura sədri Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq məsələsi həll olunmadığından müxalifət koalisiyasının alternativ namizədi üzərində gərgin müzakirələr aparılır. Ötən gün mətbuata verdiyi açıqlamasında R.İbrahimbəyov vahid namizədin qeydiyyata alınmayacağı təqdirdə Milli Şurada təmsil olunan digər şəxsləri dəstəkləyəcəyini bildirdi.


Milli Şura sədri İbrahimbəyov İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Mehman Əliyevin buna layiq olduğunu qeyd etsə də, sürpriz namizədlərin ola bilmə ehtimalı da böyükdür.


Milli Şuranın prezidentliyə vahid namizədi olacaq şəxslər sırasında deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılovun da adı hallanır. İlyas İsmayılovun Milli Şura ilə bağlı məsələlərə həssas yanaşdığı göz önündədir. Digər kolleqalarında fərqli olaraq İ.İsmayılov indiyədək Milli Şura ilə bağlı mətbuata mənfi tonda bir kəlmə belə, danışmayıb, əksinə bu məsələlərdən özünü kənarda saxlamağa cəhd göstərib.


Böyük Quruluş Partiyasının sədri (BQP), millət vəkili Fazil Mustafa həmkarı İlyas İsmayılovun vahid namizəd olmasının mümkünlüyünü deyib. O, İlyas İsmayılovun böyük siyasətçi olduğunu qeyd edib.

F.Mustafa hesab edir ki, İlyas İsmayılovun namizədliyi Milli Şuranı sevindirə bilər.

Onun sözlərinə əsasən, İsmayılov siyasi potensialına görə, Milli Şurada vahid namizədliyi müzakirəyə çıxarıla biləcək digər şəxslərdən güclü siyasətçidir.


"Sözün açığı hər kəsin namizəd olması onun öz seçimidir. İlyas İsmayılov da bizim dostumuz, kolleqamızdır. Bu, öncə onun seçiminə bağlı məsələdir. Onun belə bir təşəbbüs etməsinə normal yanaşaram.

İlyas İsmayılov Azərbaycanın tanınmış siyasətçilərindəndir. O, siyasətdə böyük nüfuza malik şəxslərdəndir. Milli Şura sevinsin ki, İlyas İsmayılov kimi namizədləri olsun. Hesab edirəm ki, İlyas İsmayılov Milli Şuranın vahid namizədi olarsa, bu, onlar üçün böyük bir qazanc olar. İlyas İsmayılovun siyasi potensialı onun vahid namizəd olmağına əlbəttə, imkan verir. Bu baxımdan mən bunu normal qəbul edərəm"-deyə F.Musafa deputat həmkarı haqda bildirib.

Sizin Reklam Yeriniz