Əlaqə Arxiv
news Image
2020.09.18
08:30
| A A A
İkili standartlar sərgiləyən ölkələrə qarşı birgə mübarizə səmərəli olar
Həm Azərbaycan, həm də Türkiyə sözlə əməlin birləşmədiyi siyasəti qəbul etmirlər

Ölkəmizə qarşı ikili standartlar çərçivəsindən çıxış edən ölkələr kifayət qədərdir. Düzdür, siyasət, loru dildə desək, elə ikiüzlülüyü sevir. Lakin bu, kənar seyrçilər üçün belədir. Həqiqətdə isə düzlük və etibarlılıq olmayan yerdə uğurlu siyasət də yoxdur. Bu gün ikili standartlar tətbiq edənlərin özləri nə vaxtsa bundan mütləq əziyyət çəkirlər. Çünki siyasətin vektorları situasiyadan asılı olaraq dəyişir və bu gün bir dövlət hansısa yanlışlıqlara yol verirsə və bunu digərləri sakitcə müşahidə edirsə, bu o demək deyil ki, qəbul edilir. Sadəcə, şərait yetişəndə həmin yanlışlıqlar geri qautarılır.
Azərbayacnın ərazi bütövlüyünün pozulması, habelə sürətli inkişafı və demokratik quruculuq yolu bir sıra Avropa təşkilatları tərəfindən ya görməməzliyə vurulur, ya da təhrif olunaraq tənqid atəşinə tutulur. Bir vaxtlar bu cür fəaliyyətə respublikamızda əsəbi reaksiyalar verilirdi. Lakin indi zəmanə xeyli dəyişib və Azərbaycan dünyada öz sözünü deyən, Avropa Birliyinin enerji təhlükəsizliyində pay sahibi olan, beynəlxalq tədbirlərdə yeri və rolu olan nüfuzlu dövlət, ona kəc baxanların cavabını verməyə qabil respublikadır. Ölkə rəhbərliyi daha ikili standartlara sakitcə qulaq asmır. Haqsızlıq olanda səsini ucaldır, böhtan atanları faktlarla ifşa edir, dosta dost, düşmənə düşmən münasibəti sərgiləyir. Çünki bunun üçün iqtisadi və hərbi-siyasi gücü var.
Bu günlərdə Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəisi Yönet Can Tezel dünya siyasətində ikili standartlardan danışaraq deyib: “Bir çox hallarda ikili standartlarla üzləşirik. Amma bu bizi dayandırmamalıdır”. Fakt olaraq o, Azərbaycanı misal çəkib: “Azərbaycanın da, Gürcüstanın da ərazisinin bir hissəsi işğal edilib. Ancaq bir çox dostumuzun Gürcüstana verdiyi dəstəklə Azərbaycana verdiyi dəstək arasında fərq var. Bunun səbəbini sorğulamalıyıq”.

Türkiyədən gələn bu narahatçılın səbəbi sadə deyil. Ona görə ki, türkiyə özü də uzun illərdir ki, ikili standartlarla üz-üzədir. Xüsusilə, Avropa Birliyinə tam hüquqlu üzv olmaq məsələsində yarım əsrlik bir dövrü əhatə edən ikili siyasətə qarşı qardaş ölkə daim çarpışıb və qılafları yırtıb.

Avropa Birliyinin əksər ölkələri bu siyasətin iştirakçısı olub və və növbəlilik prinsipi ilə daim həmin ölkələr bir-birini əvəz edib. Bəs, sonda nə olub? Sonda Türkiyə öz gücünə elə bir inkişaf səviyyəsinə yüksəlib ki, onun AB-yə daxil olmasına ehtiyac duyulmayıb və Avropanın Türkiyəyə ehtiyacı olmazın səviyyədə artıb. 
Bu yolda Azərbaycanın rolu əvəzedilməzdir. Belə ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan öz təbii sərvətlərinin ixracı kimi Türkiyə marşrutuna üstünlük verib və bu iki qardaş ölkənin birgə inkişaf sferasına daxil olmasını şərtləndirib. ABŞ, Aropa Birliyi, Rusiya və Çün kimi dünyanın nəhəng dövlətləri arasında gedən iqtisadi və siyasi rəqabət bu ölkələrin diqqətlərinin cəmləşdiyi Qafqazda toqquşub və Türkiyə-Azərbaycan cütlüyü müdrik siyasət və etibarlı tərəfdaşlıq fonunda bu mübarizədə möhkəmlənib. Artıq heç kimə sirr deyil ki, dünyada yeni bir güc mərkəzi formalaşıb. Bu, Türkiyənin mərkəzdə durduğu hələ rəsmi elan edilməmiş Türk Dünyası Birliyidir. Azərbaycan bu birliyin öncüllərindəndir.
Bunlara baxmayaraq, Azərbaycana qarşı ikili standartlar səngimir. Səbəbini də yuxarıda sadaladığımız amillərlə bağlıdır. Yönel Can Tezel haqlıdır, Qərbin Gürcüstana olan isti münasibəti heç də həmişə Azərbaycana gəlib çatmır. Halbuki, Gürcüstanı ayğa qaldıran Azərbaycanın dost və qonşu qayğıkeşliyi olub. İndi ABŞ və Avropa Birliyi onun nazını, Azərbaycanın isə təbii qazını çəkir. Ancaq, Azərbaycana əməli kömək etmək gələndə ikili standartlara əl atır. Xüsusilə də ərazi bütövlüyümüzün bərpası məsələsində. Məsələn, ABŞ Gürcüstana hər cür hərbi yardım edir, bu respublikanın Rusiyaya qarşı duruş gətirməsi üçün hər mcür dəstək göstərir. Qarabağın işğaldan azad olunmasında isə gah nala vurur, gah da mıxa.

Məsələni konjret qoymağın vaxtı çatdığından Türkiyə bu məsələni qaldırır və bunun arxasında siyasi tələbin durduğu da aydın görünür. Bəli, Qarabağın azadlığı üçün qollarını çırmalayan Türkiyə hərbi hazırlıqla yanaşı siyasi hazırlıqlar da görür. Təsadüfi deyil ki, bu yay baş vermiş ermənilərin Tovuz təxribatından sonra Türkiyənin bütün dövlət qurumları və ali rəhbərliyi tərəfindən “Biz hər cəhətdən Azərbaycanın yanındayıq” mesajını verdilər. İkili standarlara qarşı mübarizənin arxasında bu mesaj durur. Şübhəsiz ki, Azərbaycan da bu tərəfkeşliyin qatı tərəfdarıdır və bizə mane olan xarici qüvvələrə qarşı birgə mübarizəyə hazırdır. Mübarizənin müsbət nəticələrinin tezliklə özünü göstərəcəyi isə heç kimdə şübhə doğurmasın.
N.NOVRUZ     

 

Sizin Reklam Yeriniz