Əlaqə Arxiv
news Image
2020.09.21
18:10
| A A A
Ermənistanın təxribatçı addımları hələ də davam edir

Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kv.km ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da bu ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XVIII əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlaraına yiyələnmək iddası dayanır. 
     Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar.
       Ermənistan hakimiyyəti ölkəni günü-gündən acınacaqlı vəziyyətə salır. Paşinyanın rəhbərlik etdiyi hal-hazırki hakimiyyət məhsuliyətsizdir. Atdığı addımlar Ermənistan hakimiyyətini həm regionda, həm də beynəlxalq arenada gözdən salır.
       Bir neçə il  bundan əvvəl Ermənistanda hakimiyyət dəyişikliyi baş verdiyi zaman Azərbaycan hökuməti öz bitərəfliyini qoruyub saxlamışdır. Paşinyan hakimiyyətə gəldiyi zaman danışıqlara müsbət yanaşdığını, status-kvonun dəyişdirilməsində istəkli olduğunu nümayiş etmişdir.
      Bir çox beynəlxalq təşkilatlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı çoxsaylı sənədlər qəbul etmişdir. Lakin Ermənistan bu sənədlərə məhəl qoymayaraq, öz mənfur niyyətlərini həyata keçirmək üçün cəhdlər edir. İyul hadisələri Ermənistan rəhbərliyinin səmimi olmadığını və təxribata meyilli olduğunu bir daha ortaya qoydu. Məğrur Azərbaycan Ordusu hər zaman olduğu kimi, iyul təxribatı zamanı da düşmənin qarşısında qətiyyətlə dayandı və düşməni itki verərək geri çəkilməyə məcbur etdi.

Sədaqət Həsənova, Nəsimi rayon təhsil işçisi

 

Sizin Reklam Yeriniz