Əlaqə Arxiv
news Image
2020.09.21
21:16
| A A A
Paşinyanın təxribatları: danışıqlar prosesini dalana aparır
Qlobal miqyasda geosiyasi vəziyyətin yenidən mürəkkəbləşməsi regional münaqişələrin həlli məsələsini daha da aktuallaşdırır. Ukrayna, Gürcüstan və Azərbaycan üçün bunun əhəmiyyəti danılmazdır. Bu üç keçmiş sovet respublikası ərazi bütövlüklərini bərpa etmək uğrunda gərgin mübarizə aparırlar. Azərbaycan daha mürəkkəb şəraitdə inamla mübarizəsinə davam edir. Çünki Ukrayna və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı bir sıra beynəlxalq təşkilatlar və böyük dövlətlər daha açıq və konkret danışırlarsa, Ermənistanın təcavüzkarlığını elə də qabartmırlar. Hətta siyasi və diplomatik aspektlərdə ona dəstək verənlər də var. Hərbi və maliyyə yardımları göstərilir. Hələ heç bir işğalçı ölkəyə bu cür arxa duran olmayıb. İndi Nikol Paşinyan "şıltaqlıq" edərək, yeni təxribatlara əl atır. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz və icazəsiz səfər edərək, orada iclas keçirir. Adını da "Ermənistan və Arsaxın təhlükəsizlik şuralarının ortaq toplantısı" qoyur. Beynəlxalq hüquq normalarına tam zidd olan bu təxribatçı davranışa ATƏT-in Minsk qrupunun həmsədrləri heç bir münasibət bildirmirlər. Nəticədə, regionda təhlükəsizliyə yeni ciddi təhdidlər meydana gəlir. Bu məqam üzərində geniş dayanmaq gərəkdir.
Azərbaycan bütün sahələrdə Ermənistandan qat-qat güclüdür. Azərbaycan Ordusu çox qısa müddətdə erməni silahlı dəstələrini darmadağın etmək qüdrətindədir. Bunu 2016-cı il Aprel döyüşlərində və Naxçıvan əməliyyatında erməni hərbi dairələri aydın gördülər. İndi də hansısa Vanesyanın Dağlıq Qarabağda hansısa erməni qrupunu ziyarət etməsi heç nəyi dəyişmir – erməni ordusu Azərbaycan Ordusunun zərbələri altında sabun köpüyü kimi partlayacaq!
Beləliklə, N.Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, əslində, növbəti təxribatdan başqa bir şey deyil. Bu kimi addımlar real vəziyyəti müsbətə doğru dəyişə bilməz. Təbii ki, Azərbaycan da kimlərlə danışmalı olduğunu yaxşı bilir. Əgər qarşı tərəf susarsa və ya ara qarışdırmağa davam edərsə, Bakının alternativ üsula əl atmaq hüququnu heç kəs əlindən ala bilməz!
İradə Hüseynova
Nəsimi Rayon sakini
Sizin Reklam Yeriniz