Əlaqə Arxiv
news Image
2020.09.23
10:30
| A A A
75 illik tarixə malik olan BMT və Azərbaycan əlaqələrinin tarixi

1992-ci ilin martın 2-sində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv olması ilə BMT və Azərbaycan arasında əməkdaşlıq başlamışdır.Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 46-cı sessiyasının 82-ci plenar iclasında 46/230 saylı Qətnamə qəbul olunmuş və səkkiz keçmiş Sovet respublikası ilə birlikdə Azərbaycan Respublikası da Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilmişdir. 
BMT-nin Azərbaycanda ilk nümayəndəliyi 1992-ci ilin noyabrında paytaxt Bakıda açılmışdır.Nümayəndəlik BMT Katibliyinin və BMT İnkişaf Proqramının beynəlxalq əməkdaşlarından,həmçinin bir neçə yerli əməkdaşdan təşkil olunmuşdu.BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı(BMTQAK),BMT-nin Uşaq Fondu(UNİCEF) və Ümumdünya Ərzaq Proqramı(ÜƏP) da eyni binada öz ofislərini açmışdır.
Bir neçə il ərzində BMT-nin Humanitar İşlərin Əlaqələndirilməsi Departamenti (UNDHA, hazırkı OCHA), BMT-nin Əhali Fondu (UNFPA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Beynəlxalq Əmək Təşkilatı (BƏT), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), İnsan Hüquqları üzrə Ali Komissarlıq (OHCHR), Kənd Təsərrüfatı İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) və BMT-nin HİV/AİDS üzrə Birgə Proqramı (UNAIDS) hesabına Azərbaycan və BMT əməkdaşlığı daha da inkişaf etdi.Bu təşkilatların çoxu hələ də Azərbaycanda fəaliyyət göstərir.
Ulu öndər Heydər Əliyevin 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikas və BMT arasında əsaslı tərəfdaşlığın əsası qoyulmuşdur.Ümummilli liderimiz çıxışı zamanı söyləmişdir:”Beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsiplərinə və müddəalarına uyğun olaraq tərəfdaşlıq, möhkəm sülh və hamı üçün təhlükəsizlik yeni dünya qaydasının fundamental prinsiplərinə çevrilir. Biz zor işlədilməsinə əsaslanan düşmənçilik dünyasından əməkdaşlıq və tərəqqi dövrünə aparan tunelin axırında işıq görürük və bu yol ilə birlikdə,dünyanın bütün ölkələri və xalqları ilə əl-ələ verib getməyə hazırıq.”
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əməkdaşlıq daha da inkişaf etmişdir.Azərbaycan BMT tərəfindən həyata keçirilən bütün layihələrə öz dəstəyini verir.Iqtisadi artım,yoxsulluğun aradan qaldırılması,ərzaq təminatı,təhsil,ətraf mühit,gender bərabərliyi,Covid-19-a qarşı mübarizə və s.kimi məsələlərdə Azərbaycan Respublikası öz fəallığını göstərməkdədir.
BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda cənab İlham Əliyev Azərbaycanın və BMT-nin əməkdaşlığı haqqında da fikir bildirmişdir:”Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurmuşdur. Ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bundan əlavə, hazırda Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir.Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır.”
Bütün bunlar deməyə imkan verir ki,BMT və Azərbaycan əlaqələrinin tarixi qədim,bu günü faydalı,gələcəyi isə parlaqdır.

Azərbaycan Dillər Universiteti tələbəsi,Nəsimi rayon gənci
Şəmilova Dünya Mərdan

Sizin Reklam Yeriniz