Əlaqə Arxiv
news Image
2020.09.25
09:50
| A A A
Rusiya əleyhinə sanksiyalar sərtləşdirilə bilər
Amerikalı senatorlar Rusiya rəsmilərinə qarşı sanksiya tətbiq edilməsini təklif ediblər. Bu barədə məlumat Demokrat Senator Kris Kunsun rəsmi saytında yerləşdirilib. Buna səbəb, Rusiya müxalifətinin lideri Aleksey Navalnı ilə bağlı baş verən hadisədir. Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi hər iki partiyadan daxil olub. Sənəd, beynəlxalq hüququn açıq şəkildə pozulmasında, o cümlədən Navalnının zəhərlənməsində iştirak edən Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini özündə ehtiva edir. Layihə Amerika səlahiyyətlilərindən Rusiya prezidenti Vladimir Putin və ətrafındakıların maliyyəsi haqqında bildikləri barədə Konqresə hesabat vermələrini tələb edir. Sənədi respublikaçı senatorlar, habelə demokratlar tərəfindən dəstəklənib.
Sizin Reklam Yeriniz