Əlaqə Arxiv
news Image
2013.08.12
18:19
| A A A
Elmar Məmmədyarov Halil Akıncını qəbul edib

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncını qəbul edib.


Mövqe.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə olunub.


Halil Akıncı Azərbaycanın təmsil etdiyi təşkilatın fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib. Görüşdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin bu günlərdə Qəbələdə keçiriləcək Zirvə görüşü müzakirə olunub, eləcə də tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sizin Reklam Yeriniz