Əlaqə Arxiv
news Image
2020.09.27
14:24
| A A A
İşğaldan azad edilən kəndlərin adı açıqlandı

Azərbaycan qoşunları keçirdiyi uğurlu əks hücum nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər düşməndən azad edilib.

Mövqe.az-ın məlumatına görə, bunu müdafiə nazirliyinin mətbuat katibi deyib.

O qeyd edib ki, hazırki məlumata görə, cəbhənin Füzulu, Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı, Böyük Mərcanlı, Şərvənj, Nüzgar kəndləri işğaldan azad edilib.

Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Sizin Reklam Yeriniz