Əlaqə Arxiv
news Image
2020.09.28
22:35
| A A A
Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır!

27 sentyabr 2020-ci il saat 06:00 radələrində erməni silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub, ağır artilleriyadan istifadə ederek mülki əhalini və yaşayış obyektlərinə atəşə tutublar. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı əraziləri sıx şəkil də atəşə tutması bunun qəsdən və məqsədyönlü  olaraq həyata keçirildiyinin sübutudur. 
         Ermənistan orudusunun hərbi təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb və əməliyyat uğurla davam etdirilir. Ordumuzda ruh yüksəkliyi var . Biz silahlı birləşmələrimizə hər zaman lazımi dəstəyi vermişik və verəcəyik.   Heç kəsə sirr deyilki ilk atəş Ermənistan tərəfindən açılmışdı və ilk itki bizim hərbçilərimizdən verilmişdir.Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  dünən Təhlükəsizlik Şurası ilə keçirilən iclasda deyib. 
         Ölkə başçısı bildirib ki, biz dəfələrlə Ermənistan rəhbərliyinə xəbərdarlıq etmişdik,lakin rəhbərliyin riyakar siyasəti nəticəsində də danışıqlar dayandırılmışdır. “Paşinyan demişdi ki, Qarabağ Ermənistandır və nöqte. Mən isə dedim ki, Qarabağ Azərbaycandır və nida işarəsi . Əgər o deyirsə, Qarabağ Ermənistandır o zaman hansı danışıqlardan söhbət gedə bilər? Bizim  Ermənistan ərazisində gözümüz yoxdur, biz öz torpaqlarımız uğrunda mübarizə aparırıq, erməni ordusunun bizim torpağımız da nə işi var. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
         Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Füzuli Cəbrayıl istiqamətində Qaraxanbəyli ,Qərvənd,Kənd Horadiz,Yuxarı Əbdurrahmanlı, Böyük Mərcanlı,Behzat kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb. Bu gün səhər saatlarında isə Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə mühüm yüksəkliyi ələ keçirib. 
         Ermənistan ordusunun hərbi təxribatı nəticəsində 1 ailənin 5 üzvü olmaqla, 6 mülki şəxs öldürülüb, 30-dan çox yaralımız var. Cəbhə yanı ərazilərdə erməni tərəfinin açdığı atəşlər nəticəsində bir çox yaşayış məntəqəsi dağıdılıb.
 Azərbaycan xalqı öz torpaqlarını tələb edir. Biz öz torpaqlarımızı istəyirik və tezliklə Qarabağda olacayıq

 Nəsimi rayon gənci 
Məmmədova Simranə

Sizin Reklam Yeriniz