Əlaqə Arxiv
news Image
2020.10.14
08:00
| A A A
Ermənistan xarici dəstək axtarır

Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Təəssüf ki, 1990-cı illərin əvvəllərində, Dağlıq Qarabağımız erməni quldurları tərəfindən işğal edildi. Amma biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Zəngin və çoxşaxəli tarixə malik olan torpağımız bizə necə aid idisə, indidə Cənab Prezidentimizin uğurlu siyasəti və göstərişi ilə geri, aid olduğu dövlətə geri qayıdacaq.
      Sentyabr ayının 27-dən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində əks-hücum əməliyyatına başlayan Şanlı Ordumuzun  gücünə tab gətirəcək qüvvəsi qalmayan mənfur düşmən  danışıqlar prosesinin əvvəlindən sonuna kimi atəşkəs imzalanması üçün sözün əsl mənasında yalvarırdılar. Ermənistan dövlətinin bu yalvarışları nəticəsində eyni zamanda da cəsədlərin götürülməsi və əsirlərin dəyişdirilməsi üçün humanitar atəşkəs imzalanmasına qərar verildi. Humanitar Atəşkəs Ermənistan dövlətinə verilmiş sonuncu şans idi. Lakin mənfur düşmən atəşkəsə məhəl qoymayaraq burada da hiyləgərliyə əl atdı və öz çirkin niyyətini bir daha sübut etdi. Atəşkəs müddətində də onlar mülki yaşayış binalarına və mülki şəxslərə atəş açmağa davam edirlər. Bununla da Ermənistan dövləti necə ikiüzlü, verdiyi sözlərə əməl edə bilməyəcək qədər aciz bir dövlət olduğunu bütün dünyaya sübut elədi.
         Humanitar atəşkəsə  əməl etməyən düşmən tərəfi  gecə 02:00 radələrində Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini raket atəşinə məruz qoydu. Raket atəşi nəticəsində 10 nəfər həlak oldu və 40 nəfərdən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirildi.Həlak olan və xəsarət alanlar içərisində qadınlar və uşaqlar da var. Ermənistanın terroru nəticəsində şəhərdə onlarla evlər sıradan çıxarıldı. Bütün bunlar hər biri göstərir ki, Ermənistan münaqişə zonasını genişləndirməyə və münaqişəyə üçüncü tərəfin qarışması üçün şərait yaratmağa çox maraqlıdır. Bunun da səbəbi aydındır. Şanlı Azərbaycan Ordusunun gücünü ,Ali Baş Komandan Cənab İlham Əliyevin əzmini və qətiyyətini və  xalqımızın bir  yumruq kimi birləşməyini görən düşmən tərəf bizimlə təkbaşına bacara bilməyəcəyini çoxdan dərk edib və məhz buna görə də hərbi müttəfiqlərinin münaqişəyə cəlb olunmasını istəyir.Bütün bunlara baxmayaraq ordumuz  düşmən tərəfdən bir nəfər də olsun mülki şəxsə atəş açmayıb. Azərbaycan münaqişə zonasında yaşayan mülki əhaliyə atəş açmır,düşmənin legitim hərbi hədəflərini məhv etməklə öz tarixi ərazilərini düşməndən azad etmək üçün döyüş əməliyyatı aparır.
        Qələbə əzmi qəlbimizin döyüntülərində özünü əks etdirir ki, bunu heç bir qüvvə, hiylə, ölüm dayandıra bilməz. Azərbaycan bir xalqdır. Əzəli tarixi, hünəri, rəşadəti ilə . Bu torpaq tarix yazıb, yazır və yazacaq.

Abbaszadə Nəsir
Nəsimi RİH könüllüsü 

Sizin Reklam Yeriniz