Əlaqə Arxiv
news Image
2020.10.14
11:52
| A A A
Xocalı faciəsini yenidən azərbaycanlılara yaşatmaq istəyən Ermənistan!
Bu yaxınlarda bildiyimiz kimi, Moskva şəhərində  nazirlərlə birlikdə görüş keçirilmişdir.  Bu görüşdə danışıqların son nəticəsi humanitar atəşkəs olmuşdur. Humanitar atəşkəs hər kəs də bilir ki, sülh sazişi deyil, sadəcə hümanitar məqsədli atəşkəsdir. 
    Atəşkəs əldə olunduqdan sonra Azərbaycan sözünə sadiq qalaraq atəşi dayandırdı. Hətta qərar da verildi ki, hər iki tərəf arasında diplomatik barışıq əldə olunsun. Lakin, gördüyümüz kimi, cəbhə xəttində qarşı tərəfə dərs olmamışdır. Mənfur düşmən çirkin əməllərindən əl çəkməyərək əhaliyə hücum etmişdir. Gecə saatlarında onlar Gəncə şəhərini atəşə tutmuşdular.
    Ermənistan dövləti faşist bir dövlətdir. Onların dinc əhaliyə  etdikləri ağlasığmazdır. Bu cür vəhşilikləri başqa bir dövlət edə bilməz. Gəncə şəhərində baş verən hadisə məhz bunu açıq bir şəkildə sübut edir. 
    Azərbaycan dövləti heç bir zaman düşmənin əhalisi ilə mübarizə aparmayıb. Biz aparılan danışıqlara nəzərən, atəşkəs rejiminə sadiq qaldıq. Görünür ki, qarşı tərəf bu danışıqlara riayət etmir, biz də normal olaraq, özümüzü müdafiə etməliyik.
     Son zamanlarda baş verən müharibədə Ermənistan dövləti  Azərbaycan dövləti tərəfindən məğlubiyyətə uğradılmışdır. Bu məğlubiyyətin qəzəbidir ki, onlar gecə saatlarında  vəhşiliklər ediblər. Bunun başqa bir açıqlaması yoxdur. Hər kəs, bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisinə məxsusdur, Azərbaycan torpağıdır. İşğal olunan torpaqlar bizimdir, bizə aiddir. Biz haqq yolundayıq. Bizə aid olanı gec tez alacağıq.  Başqa cür  ola da bilməz. Normal olaraq, onlar məğlub olmaq istəmirlərsə, gərək torpaqlarımızdan çıxsınlar, belə olan halda, bu münaqişə də bitər.
     Ermənistan dövləti özünə xaricdən dəstək axtarır.  Bu dövlət istəyir ki, törətdiyi vəhşiliyə  bəraət qazandıracaq dövlət olsun yanında. Bu, əlbəttə ki,  baş tutmayacaq. İstər tarixi kitablar, istərsə də müasir zəmanədə internet vasitəsilə o dövlətin necə təcavüzkar, işğalçı dövlət olduğunu öyrənmək mümkündür.
      Ordumuz doğma torpaqlarımızı azad etmək üçün əlindən gələni edir. Azərbaycan xalqı öz doğma müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında olduqca israrlıyıq və bu isrardan bizi  heç kim və heçnə döndərə bilməz.
  Əliyeva Zenfira
  Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi
Sizin Reklam Yeriniz