Əlaqə Arxiv
news Image
2012.05.15
20:29
| A A A
Müdafiə Nazirliyi iki əsgərin ölümü ilə bağlı məlumat yayıb

Azərbaycan Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsinə məxsus hərbi hissədə iki əsgərin ölümü ilə nəticələnən insidentlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında bildirib ki, ilkin araşdırmaya görə, əsgər Vüsal Nəbiyevin tabeliyində olan silahdan açılan atəş nəticəsində əsgər yoldaşı Məcnun Qarazadə dünyasını dəyişib. Əsgər V. Nəbiyev isə keçirdiyi həyəcandan intihar edib.

Faktla bağlı cinayət işi başlanıb. Qeyd edək ki, məlum hadisə ötən gecə Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində baş verib.

Onu da əlavə edək ki, M. Qarazadə İmişli, V. Nəbiyev isə Hacıqabul Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.

Sizin Reklam Yeriniz