Əlaqə Arxiv
news Image
2020.10.17
23:10
| A A A
Ordumuzun rəşadəti düşməni məğlubiyyətə aparır

      Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi uğurlarla yanaşı Xarici televiziya kanalları vasitəsilə Prezident İlham Əliyev  həqiqətləri dünya ictimaiyyətinə çatdırılması prosesinidə uğurla davam etdirir .Prezident İlham Əliyev 16 Oktyabrda Türkiyənin “A Haber” televiziya kanalına  müsahibə vermişdir.Ölkə başçımız bütün televiziya kanallarına verdiyi müsahibədə “ biz tək bir amal uğrunda mübarizə aparırıq buda ərazi bütövlüyümüzün bərpasını təmin etməkdir”  sözləri artıq hər kəs üçün tanışdır. Cənab İlham Əliyevin Dağlıq Qarabağ haqqında bu sözləri yalnız beynəlxalq qanunlara güvənərək demir,eyni zamanda tarixi faktlara əsaslanaraq dünya ictimaiyyətinə çatdırır.  Şübhəsiz ki, Ermənistanın yalanlar üzərində qurulmuş tarixi Dağlıq Qarabağın Azərbaycana aid olmaması fikrini irəli sürür ,lakin  Dağlıq Qarabağ haqqında müqavilələr ,faktlar düşmənin yalanlarını təkzib edir. İnternetə çıxışın rahat olduğu dövrdə hər kəs tarixi baxımdan Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu sübut edən faktlarla dolu məlumatları internetdə görə bilər,ancaq düşmən tərəfi bu həqiqətləri qəbul edə bilməyərək ,işğal yolu ilə torpaqları ələ keçirməyə çalışır.Bu gündə Ermənistan tərəfi bu işğalci siyasətini davam etdirərək , bu il ərzində 3 dəfə bizə qarşı təxribatlara əl atmışdır,lakin uğursuzluğ əldə etmişlər. Bu təxribatlardan miqyasına görə daha böyüyü 27 sentyabrda baş vermiş təxribat idi,ancaq Azərbaycan ordusunun uğurlu əks hücumu nəticəsində düşmənə sarsıdıcı zərbələr vurularaq işğal edilmiş torpaqların bir qismindən çıxarılmasına nail olunmuşdur.
       Düşmən döyüş meydanındakı məğlubiyyətləri ilə barışa bilməyərək öz faşist niyyətlərini göstərərək mülki insanlara zərər vurmağa çalışır .Xalqımızın,ordumuzun Ali baş Komandan ətrafında güclü şəkildə birləşməsi bizim qarşımızda olan bütün əngəllərin aradan qaldırılmasında müstəsna əhəmiyyəti daşıyır.Ermənistanın keçmiş rəhbərləri ilə aparılan danışıqlar,düşmən ordusunun torpaqlarımızdan çıxarılması uğrunda əldə olunan müsbət  müzakirələr bu münaqişənin sülh yolu ilə həll olunmasını təmin edəcəkdi taki  Ermənistana yeni rəhbər Baş Nazir Nikol Paşinyan  təyin olunana qədər.Baş Nazir Nikol paşinyan hakimiyyətə gəldikdən sonra bütün danışıqlar prosesini məhv etdi,sülh yolu ilə münaqişənin həllini istəməyərək,özlərini belə uçuruma aparan şərtlər irəli sürdü,təbi ki bu şərtlərdə ancaq Ermənistan tərəfi özünə fayda verəcək iddialarla çıxış edirdi .Döyüş meydanında əldə etdiyimiz uğurlar bir daha düşmənə bildirdi ki şərtləri biz təyin edirik ,status-kvonu biz dəyişdiririk. Ermənistan tərəfinin yalnız bacardığı əsassız böhtanlar atmaqla Azərbaycanın digər xarici dövlətlərlə əlaqələrini zəiflətmək ,beynəlxalq ictimaiyyətdə bizim haqqımızda pis fikirlər formalaşdırmaqdır,lakin düşmənin  bu niyyətləri arzu olaraq qalacaqdır .Düşmənin bədniyyətli əməlləri “Qarabağ bizimdir,Qarabağ Azərbaycandır “ həqiqətini dəyişə bilməyəcək.
Zidan Həsənli
Nəsimi RİH könüllüsü 

 

Sizin Reklam Yeriniz