Əlaqə Arxiv
news Image
2020.10.18
07:00
| A A A
Türk dünyasında Azərbaycan həqiqətləri

        Tarixi günlərini yaşayan Azərbaycanın sentyabrın 27-dən Ermənistanın növbəti təxribatına cavab olaraq cəbhə xəttində həyata keçirdiyi hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımızın bir qisminin azad edilməsi ilə nəticələndi. Artıq Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan yaşayış məntəqəsi, onlarla kənd, strateji yüksəkliklər Ordumuzun nəzarətindədir. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu əməliyyatlar sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən mükəmməl döyüş qabiliyyətinə malik hərbi gücüdür. 
       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib.
Müsahibə, əsasən, erməni daşnaqlarının sivil əhaliyə qarşı törətdiyi soyqrımla əlaqəli oldu. Gəncədə və Tərtərdə dinc əhalinin raket atəşinə tutulması çox məyusedicidir. Müxbir Cənab İlham Əliyevdən ermənilərin bu hərəkətinə olan reaksiyasını soruşdu və ozünün də çox məyus olduğunu bildirdi. 
Daha sonra, düşmənin itkiləri barəsində danışıqlar oldu. Cənab İlham Əliyeb bildirdi ki:                    “ Ermənistan itkiləri hər gün dəyişən bir statistikadır. 200-dən çox tank məhv
edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi, iki
S-300 sistemi məhv edilib. Təqribən 170 karqo maşını ya məhv edilib yaxud ələ keçirilib. Həmçinin 16komanda mərkəzi məhv edilib. Hesablamalara görə, bu günlər ərzində Ermənistanordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir”

       Burdan da bəlli olur ki, düşmən lazımı cavabı alır və almaqda davam edir. Təxminin 1 saat davam edən müsahibədə türk müxbir çox məntiqli suallar səsləndirdi və bitərəf mövqeyini göstərdi. Mən birdaha bildirmək istəyərdim ki, Türkiyə bizə yalnız və yalnız mənəvi dəstək göstərir. 
 Qeyd etmək istərdim ki, belə müsahibələr nə qədər çox olarsa, həqiqətlər o qədər çox işıq üzü görər. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Qarabağ Azərbaycandır!

Nəsimi RİH Könüllüsü                    
Hakim Mürşüdov

Sizin Reklam Yeriniz