Əlaqə Arxiv
news Image
2020.10.20
13:40
| A A A
TBMM millət vəkilləri - İbrahim Aydəmir və Yaşar Karadağ deputat Məşhur Məmmədovun qonağı olub
19 oktyabr tarixində, Türkiyə Milli Məclisi (TBMM) Millət vəkilləri - AK Partiya Ərzurum millət vəkili İbrahim Aydəmir, MHP Iğdır millət vəkili Yaşar Karadağ Azərbaycan Milli Məclisinin deputatı Məşhur Məmmədovun qonağı olublar. Görüş əsnasında, millətvəkili Məşhur Məmmədov, TBMM millətvəkilləri İbrahim Aydəmirə və Yaşar Karadağa Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətininin və Türkiyə Böyük Millət Məclisi millətvəkillərinin Bakıya səfərindən məmnunluq duyduğunu bildirib. Millətvəkili Məşhur Məmmədov, Türkiyəli millətvəkilləri ilə söhbəti əsnasında, bu səfərin Azərbaycan dövləti və xalqımız üçün olduqca önəm kəsb etdiyini, xüsusi məna daşıdığını, 83 milyonluq Türkiyə xalqının dəstəyinin Azərbaycan xalqı üçün xüsusi önəm daşıdığını, ölkələrimizin beynəlxalq aləmdə bir-birinə ən yaxın olan ölkələr olduğunu, həm Türkiyə Cumhurbaşkanı Rəcəb Tayyip Ərdoğan başda olmaqla, TBMM sədri, nazirləri, millətvəkilləri və hər gün dünyaya verdiyi açıqlamaların Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq və həmrəylik münasibətinin təzahürü olduğunu vurğulayıb. Millətvəkili eyni zamanda, qardaşlıq mövqelərinə və gəlişlərinə görə, Ərzurum millətvəkili İbrahim Aydəmir və Iğdır millətvəkili Yaşar Karadağa səmimi təşəkkürlərini ifadə edib. Hər birimizə məlumdur ki, respublikamızın dilbər guşələrindən olan Qarabağ füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nadir cins atları ilə yanaşı, həm də nəfis xalçaları ilə dünyada tanınır. Sonda, millətvəkili Məşhur Məmmədov Ərzurum millətvəkili İbrahim Aydəmir və Iğdır millətvəkili Yaşar Karadağa Azərbaycan dekorativ tətbiqi sənətinin nadir incilərindən olan, üzərində 8 guşəli türk dövlətlətlərinin rəmzi sayılan, dekorativ naxışlı mini xalça hədiyyə etdib. Xatirə fotosu çəkilərək, görüş sona yetib.
Sizin Reklam Yeriniz